MOK-da Qlobal Kiberidman Federasiyasının nümayəndə rəhbərləri ilə görüş keçirilib

MOK-da Qlobal Kiberidman Federasiyasının nümayəndə rəhbərləri ilə görüş keçirilib

Aprelin 25-də Milli Olimpiya Komitəsinin inzibati binasında Qlobal Kiberidman Federasiyasının rəhbərləri ilə görüş keçirilib.

Tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev,  idman idarəsinin müdiri Həsənağa Rzayev, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva, mətbuat katibi Murad Fərzəliyev, Qlobal Kiberidman Federasiyasının baş direktoru Paul J. Foster və aparat rəhbəri Rüstəm Ağasıyev iştirak ediblər.

Görüşün əsas məqsədi kiberidman fəaliyyətini gücləndirmək, daha da inkişaf etdirmək  və gələcəkdə bu sahə üzrə əməkdaşlıq imkanlarını genişləndirmək olub. Tədbirdə kiberidmanın Olimpiya Hərəkatına dəstəyi müzakirə edilib.

Tədbir iştirakçılarını salamlayan MOK-un baş katibi Azər Əliyev əvvəlcə komitənin fəaliyyəti və Azərbaycan idmanının inkişafı barədə ətraflı məlumat verib. O, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq yarışlar və Olimpiya Oyunlarında əldə edilən uğurlardan danışıb. 

Qlobal Kiberidman Federasiyasının baş direktoru Paul J. Foster Azərbaycan Olimpiya komandasının Paris-2024 Yay Olimpiya Oyunlardakı nəticələri münasibətilə təbriklərini bildirib. “Mən, Bakıya heyran oldum. Düzünü desəm, çox yaxın, doğma olduğunu hiss edirəm. Bu məni həqiqətən duyğulandırır. Bakının Beynəlxalq şəhərə çevrildiyini gördüm. Əvvəla, demək istəyirəm ki, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının, 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının, eləcə də digər tədbirlərin təşkilatçılıq işlərinə heyran qaldım. Bu həqiqtəndə onu göstərir ki, Azərbaycan idman ölkəsidir.” – deyə Paul J. Foster bildirib.

Paul J. Foster 2021-ci ildə Sinqapurda, 2022-ci ildə Türkiyənin İstanbul şəhərində, 2023-cü ildə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində keçirilən Qlobal Kiberidman Oyunları və bu il Perunun paytaxtı Lima şəhərində keçiriləcək Qlobal Kiberidman Oyunları haqqında məlumat verib. O, həmçinin bildirib ki, bu ilin noyabr ayında “Riot Games” şirkəti Hindistanın Mumbay şəhərində şücaət çempionatı təşkil edəcək. Bu turizm üçün də maraqlıdır, çünki biz həm Hindistan bazarını, həm də Çin bazarını sınamağı planlaşdırırıq. Daha sonra baş direktor Azərbaycanda Qlobal Kiberidman Tur adlı tədbirini keçirtmək istədiklərini qeyd edib.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.

MOK-da Qlobal Kiberidman Federasiyasının nümayəndə rəhbərləri ilə görüş keçirilib MOK-da Qlobal Kiberidman Federasiyasının nümayəndə rəhbərləri ilə görüş keçirilib MOK-da Qlobal Kiberidman Federasiyasının nümayəndə rəhbərləri ilə görüş keçirilib MOK-da Qlobal Kiberidman Federasiyasının nümayəndə rəhbərləri ilə görüş keçirilib MOK-da Qlobal Kiberidman Federasiyasının nümayəndə rəhbərləri ilə görüş keçirilib MOK-da Qlobal Kiberidman Federasiyasının nümayəndə rəhbərləri ilə görüş keçirilib MOK-da Qlobal Kiberidman Federasiyasının nümayəndə rəhbərləri ilə görüş keçirilib MOK-da Qlobal Kiberidman Federasiyasının nümayəndə rəhbərləri ilə görüş keçirilib MOK-da Qlobal Kiberidman Federasiyasının nümayəndə rəhbərləri ilə görüş keçirilib