Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, “Dosa Mall” MMC-nin birgə təşkilatçılığı ilə Lənkəran şəhər “Dosaland” əyləncə mərkəzində “Atam, anam bir də mən” adlı əyləncəli idman yarışı keçirilib.
Olimpnews.az xəbər verir ki, “15 May-Beynəlxalq Ailə Günü”nə həsr edilən və atalar, analar və övladları arasında keçirilən stolüstü tennis, qol güləşi, güllə atıcılığı, kəndirlə mübarizə, mütəhərrik və əyləncəli oyunlar maraqla qarşılanıb.
Yarışın qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
“Atam, anam bir də mən” adlı əyləncəli idman yarışı keçirilib
