Monako Qran-Prisi: Lando Norris mövsümdə ikinci çempionluğunu qazandı

Monako Qran-Prisi: Lando Norris mövsümdə ikinci çempionluğunu qazandı

Formula 1 üzrə dünya çempionatının səkkizinci mərhələsi olan Monako Qran-Prisinin qalibi müəyyənləşib. 
Olimpnews.az xəbər verir ki, “McLaren” komandasının britaniyalı pilotu Lando Norris uğurla çıxış edərək mərhələnin qalibi olub. Bu, onun mövsümdəki ikinci, karyerasında isə Monakodakı ilk qələbəsi kimi yadda qalıb. 
Norris Monako şəhər trasında keçirilən 78 dövrəlik yarışda 1 saat 40 dəqiqə 33.843 saniyəlik nəticə ilə birinciliyi əldə edib. “Ferrari” komandasının monakolu pilotu Şarl Lekler 3.131 saniyə ilə ikinci yeri tutub. “McLaren”nin digər pilotu Oskar Piastri isə 3.658 saniyə nəticə ilə üçüncü olub.