"Bolonya"da İtaliano fırtınası davam edəcək

"Bolonya"da İtaliano fırtınası davam edəcək

A seriyasında çıxış edən "Bolonya" baş məşqçi Vinçenzo İtaliano ilə müqavilənin müəddətini artırıb. Klubun rəsmi saytında yer alan xəbərə görə, 47 yaşlı mütəxəssislə yeni müqavilə 2027-ci il iyunun 30-dək qüvvədə olacaq.

Qeyd edək ki, 2025-ci ildə "Bolonya"nın sükanı arxasına keçən İtaliano kluba 1974-cü ildən sonra ilk dəfə İtaliya kubokunu qazandırıb. A Seriyasında "qırmızı-göylər" 9-cu yerlə kifayətlənib.