"Fənərbağça" səfərdə xal itkisi ilə üzləşdi 

"Fənərbağça" səfərdə xal itkisi ilə üzləşdi 

Türkiyənin "Fənərbağça" klubu Super Liqada ilk oyununu keçirib. 
Olimpnews.az xəbər verir ki, "sarı-lacivərdlilər" ikinci tur çərçivəsində İzmir səfərində "Göztəpə" klubu ilə qarşılaşıb. Oyun qolsuz heç-heçə ilə başa çatıb. Matçın 61-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Lakin 85-ci dəqiqədə say fərqi bərabərləşib. "Fənərbağça"nın futbolçusu Cayden Ostervolde qırmızı vərəqə aldığı üçün meydanı vaxtından əvvəl tərk edib. Qarşılaşmanın 90+4-cü dəqiqəsində isə Joze Mourinyonun komandasının futbolçusu Talişka penaltidən yararlana bilməyib. Beləliklə, gərgin mübarizə şəraitində keçən oyunda İstanbul təmsilçisi ilk xal itkisi ilə üzləşib.