VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib 

VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib 

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib.
 
Olimpnews.az xəbər verir ki, PNU stadiyonu-Şahzadə Nourah Universitetində keçirilən mərasimdə Azərbaycan nümayəndə heyəti paraddan birinci keçib. Mərasimdə üçrəngli Azərbaycan bayrağını yunan-Roma güləşi üzrə idmançımız Həsrət Cəfərov və qılıncoynatma üzrə idmançımız Səbinə Kərimova aparıb.

VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimini Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) ikinci vitse-prezidenti Çingiz Hüseynzadə tədbirin keçirildiyi stadionda izləyib.

Mərasimdə rəsmi çıxışlardan sonra İslam Həmrəyliyi Oyunlarının bayrağı növbəti İslamiadaya ev sahibliyi edəcək Malayziya komandasının rəsmisinə təqdim edilib. 

Mərasim daha sonra bədii hissə ilə davam edib.

Qeyd edək ki, Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarını 59 ( 9 qızıl, 19 gümüş, 31 bürünc) medalla 10-cu pillədə bitirib. 

Yarışda Azərbaycan 20 idman növündə 179 idmançı ilə təmsil olunub. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparıb.

VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib  VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib  VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib  VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib  VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib  VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib  VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib  VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib  VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib  VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib  VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib