Dünən İsveçrənin Sürix şəhərində futbol üzrə dünya çempionatının seçmə mərhələsinin qitələrarası pley-off mərhələsinin püşkatması keçirilib.
Məlumat üçün bildirək ki, dünya çempionatında Avropanı on altı komanda təmsil edəcək. Artıq 12 qrup qalibi birbaşa finala vəsiqə qazanıb. Avstriya, İngiltərə, Belçika, Almaniya, İspaniya, Hollandiya, Norveç, Portuqaliya, Fransa, Xorvatiya, İsveçrə və Şotlandiya artıq öz məsələsini həll edib.
Qalan dörd vəsiqə isə pley-offdan sonra öz sahibini tapacaq. Püşkən əsasən yarımfinallar martın 26-da, final isə martın 31 -də keçiriləcək.
Püşkatmanın nəticələri:
Uels - Bosniya və Herseqovina
İtaliya - Şimali İrlandiya
Ukrayna - İsveç
Polşa - Albaniya
Slovakiya - Kosovo
Türkiyə - Rumıniya
Çexiya - İrlandiya
Danimarka - Şimali Makedoniya
Finallar:
Uels / Bosniya və Herseqovina - İtaliya / Şimali İrlandiya
Ukrayna / İsveç - Polşa / Albaniya
Slovakiya / Kosovo - Türkiyə / Rumıniya
Çexiya / İrlandiya - Danimarka / Şimali Makedoniya


