Cüdoçularımız Avropa Kubokuna uğurla başladılar 

Cüdoçularımız Avropa Kubokuna uğurla başladılar 

Gürcüstanın Telavi şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku yarışı keçirilir. 14 ölkədən 209 (139 oğlan, 70 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayır.

Komandamız turnirdə 16 oğlan cüdoçu ilə mübarizə aparır.

Turnirin ilk günündə cüdoçularımız 1 qızıl və 2 bürünc medala sahib çıxıblar. Komandamıza qızıl medalı Məhəmməd Rüstəmli (-50 kq) qazandırıb. İlkin Qarayev (-55 kq) və Əli Hümbətov (-66 kq) isə bürünc medala layiq görülüb. Teymur Gülməmmədov (-50 kq) və Fəxri Sahibzadə (-66 kq) isə yarışı 5-ci yerdə tamamlayıb.

Cüdoçulara yeniyetmələrdən ibarət milli yığma komandanın məşqçisi Nicat Şıxəlizadə rəhbərlik edir.