Latviyanın paytaxtı Riqada usta cüdoçular arasında Avropa çempionatı davam edir.
Olimpnews.az xəbər verir ki, bu gün komandamızın daha dörd üzvü mükafatçılar sırasında yer alıb.
Komandamızın üzvlərindən M-4 yaş kateqoriyasında Babək Hacıyev (-60 kq), Vaqif Kərimov (-73 kq) və Emil Hüseynov (-100 kq) qızıl medala layiq görülüb.
Millimizin digər üzvü Samir İsmayılov (-81 kq) isə M-3 yaş kateqoriyasında bürünc medala yiyələnib.
Xatırladaq ki, yarışların ilk günündə komandamızın kapitanı Fərhad Rəcəbli (-90 kq) M-8 kateqoriyasında Avropa çempionu adını qazanıb.
Komandamız hazırda 4 qızıl və 1 bürünc medalla ümumi komanda hesabında dördüncü pillədə qərarlaşıb.
37 ölkədən 918 (752 kişi, 166 qadın) idmançının iştirak etdiyi qitə çempionatın fərdi yarışlarına mayın 25-də yekun vurulacaq.
Usta cüdoçularımız Avropa çempionatında daha dörd medal qazandılar
