Afrika qitəsindən DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan daha bir komandanın adı müəyyənləşib. Seçmə mərhələnin 9-cu turunda Misir millisi Cibutini məğlub edib - 3:0. Bu qələbə ilə Misir A qrupunda liderliyini təmin edib. Oyunda ilk qolu 8-ci dəqiqədə İbrahim Adel vurub. “Liverpul”un hücumçusu Məhəmməd Salah isə 14-cü və 84-cü dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, Misirdən əvvəl Afrika zonasından vəsiqəni Mərakeş və Tunis milliləri də qazanmışdılar.
DÇ-2026: «Fironlar» Afrikanın üçüncü komandası oldular
