Avarçəkənlərimiz "Prezident Kuboku-2024"ün ikinci gününü üç medalla başa vurdular

Avarçəkənlərimiz "Prezident Kuboku-2024"ün ikinci gününü üç medalla başa vurdular

Mingəçevirdəki "Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmə üzrə keçirilən "Prezident Kuboku-2024” beynəlxalq reqatasında ikinci yarış gününə yekun vurulub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illik yubileyinə həsr edilən yarışın ikinci günündə komandalar 500-1500 metr məsafəyə kayak, kanoe və akademik avarçəkmə növündə mübarizə aparıblar. 

Komandamız günü üç medalla başa vurub. Təmsilçilərimizdən Əlimurad Hacızadə birnəfərlik kayak qayığı ilə 500 metr məsafəyə yarışlarda qızıl medala layiq görülüb.

Akademik avarçəkmə üzrə 1500 metr məsafəyə yarışda mübarizə aparan Nurlan Paşayev isə çıxışını gümüş medalla başa vurub. 

Günün son medalını isə komandamıza Vacib Babayev və Qiyas Əhmədov cütlüyü qazandırıb. Təmsilçilərimiz akademik avarçəkmə üzrə 500 metr məsafəyə yarışda bu uğura nail olublar. 
Yarışlardan sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Qaliblərə mükafatları Azərbaycan Kanoe və Avarçəkmə Federasiyanın rəhbəri Vüqar Əhmədov, baş katib Fərhad Əliyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov və Serbiya Avarçəkmə Federasiyanın İdarə Heyətinin rəhbəri Duşan Kovaçoviç təqdim ediblər.

Qeyd edək ki, yarışın Suqovuşanda start götürən ilk mərhələsində Azərbaycan avarçəkəni Amil Ramazanov (2006-2007) birnəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yarışda üçüncü yeri tutub.

Mayın 3-dək davam edəcək "Prezident Kuboku-2024" beynəlxalq reqatasında 21 ölkədən 30 komanda iştirak edir.

Avarçəkənlərimiz "Prezident Kuboku-2024"ün ikinci gününü üç medalla başa vurdular Avarçəkənlərimiz "Prezident Kuboku-2024"ün ikinci gününü üç medalla başa vurdular Avarçəkənlərimiz "Prezident Kuboku-2024"ün ikinci gününü üç medalla başa vurdular Avarçəkənlərimiz "Prezident Kuboku-2024"ün ikinci gününü üç medalla başa vurdular Avarçəkənlərimiz "Prezident Kuboku-2024"ün ikinci gününü üç medalla başa vurdular Avarçəkənlərimiz "Prezident Kuboku-2024"ün ikinci gününü üç medalla başa vurdular Avarçəkənlərimiz "Prezident Kuboku-2024"ün ikinci gününü üç medalla başa vurdular Avarçəkənlərimiz "Prezident Kuboku-2024"ün ikinci gününü üç medalla başa vurdular Avarçəkənlərimiz "Prezident Kuboku-2024"ün ikinci gününü üç medalla başa vurdular Avarçəkənlərimiz "Prezident Kuboku-2024"ün ikinci gününü üç medalla başa vurdular Avarçəkənlərimiz "Prezident Kuboku-2024"ün ikinci gününü üç medalla başa vurdular Avarçəkənlərimiz "Prezident Kuboku-2024"ün ikinci gününü üç medalla başa vurdular Avarçəkənlərimiz "Prezident Kuboku-2024"ün ikinci gününü üç medalla başa vurdular Avarçəkənlərimiz "Prezident Kuboku-2024"ün ikinci gününü üç medalla başa vurdular Avarçəkənlərimiz "Prezident Kuboku-2024"ün ikinci gününü üç medalla başa vurdular Avarçəkənlərimiz "Prezident Kuboku-2024"ün ikinci gününü üç medalla başa vurdular Avarçəkənlərimiz "Prezident Kuboku-2024"ün ikinci gününü üç medalla başa vurdular Avarçəkənlərimiz "Prezident Kuboku-2024"ün ikinci gününü üç medalla başa vurdular