Türkiyənin "Qalatasaray" klubunun uruqvaylı qapıçısı Fernando Muslera "sarı-qırmızılılar"ın heyətində son oyununa çıxıb.
Olimpnews.az xəbər verir ki, 38 yaşlı qapıçı Türkiyə Super Liqasının 36-cı turunda "Başakşəhər"lə matçda son oyununu da qələbə ilə başa vurub.
2011-ci ildən "aslanlar"ın heyətində forma geyinən qapıçı duyğusal anlarla sevənlərinin kədər gözyaşlarına qərq edib. O, oyunun 88-ci dəqiqəsində azarkeşlərin alqış sədaları altında öz yerini Günay Guvencə verib. Məşhur qapıçını meydançanın kənarına komanda yoldaşları çiyinlərində daşıyıb. Muslera daha sonra meydançanın kənarında "Qalatasaray"a gəldiyində ilk dəfə geyindiyi 25 nömrəli formanı təkrar geyinib.
Muslera "Qalatasaray"la vidalaşdı

