Şəhid mayor Elnur Əliyevin anadan olmasının 48-ci ildönümünə həsr olunmuş III respublika turniri keçirilib

Şəhid mayor Elnur Əliyevin anadan olmasının 48-ci ildönümünə həsr olunmuş III respublika turniri keçirilib

Avqustun 15-də Füzuli rayonunda yerləşən Horodiz Olimpiya İdman Kompleksində 2016-ci il Aprel döyüşlərinin şəhidi, mayor Elnur Əliyevin anadan olmasının 48-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə U-15 kiçik yaşlı yeniyetmələr arasında III respublika turniri keçirilib.

Azərbaycan Güləş Federasiyasının və Qarabağ Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışın açılış mərasimi dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yarışın açılış mərasimində Qarabağ Regional Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ramiz Quliyev, Füzuli Rayon İcra Hakimiyyətində, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qabil Əliyev, Füzuli Rayon İcra Hakimiyyətində, Vətən müharibəsi iştirakçıları şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hafiz misirli, şəhid mayor Elnur Əliyevin oğlu Elxan Əlizadə, şəhidin qardaşı Amid Əliyev, şəhid İqbal Astanlının atası İlqar Astanov və şəhid Babək Mahmudlunun atası Süleyman Mahmudov iştirak edib.

Mərasimdə çıxış edənlər yarışın əhəmiyyəti barədə danışaraq, belə turnirlərin şəhidlərimizin xatirəsinin yad olunmasında və yeniyetmə güləşçilərin yarış təcürbəsinin artırılmasında əhəmiyyətli rol oynadığını bildiriblər.

Sonra yarışın baş hakimi, güləş üzrə beynəlxalq dərəcəli hakim Tural Əliyev III respublika turnirini açıq elan edib.

Qeyd edək ki, turnirdə Füzuli, Beyləqan, Xocavənd, İmişli, Saatlı, Biləsuvar, həmçinin paytaxtı təmsil edən "Alp” və "Bakı Arena” idman klublarından 100-ə yaxın güləşçi mübarizə aparıb.

Yarışda 10 çəki dərəcəsi üzrə ilk üç yeri tutan idmançılar diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, III respublika turnirinin informasiya dəstəkçisi "Olimpiya dünyası" qəzeti, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) və "Olimpsport.az" saytı olub.

Şəhid mayor Elnur Əliyevin anadan olmasının 48-ci ildönümünə həsr olunmuş III respublika turniri keçirilib Şəhid mayor Elnur Əliyevin anadan olmasının 48-ci ildönümünə həsr olunmuş III respublika turniri keçirilib Şəhid mayor Elnur Əliyevin anadan olmasının 48-ci ildönümünə həsr olunmuş III respublika turniri keçirilib Şəhid mayor Elnur Əliyevin anadan olmasının 48-ci ildönümünə həsr olunmuş III respublika turniri keçirilib Şəhid mayor Elnur Əliyevin anadan olmasının 48-ci ildönümünə həsr olunmuş III respublika turniri keçirilib Şəhid mayor Elnur Əliyevin anadan olmasının 48-ci ildönümünə həsr olunmuş III respublika turniri keçirilib Şəhid mayor Elnur Əliyevin anadan olmasının 48-ci ildönümünə həsr olunmuş III respublika turniri keçirilib Şəhid mayor Elnur Əliyevin anadan olmasının 48-ci ildönümünə həsr olunmuş III respublika turniri keçirilib Şəhid mayor Elnur Əliyevin anadan olmasının 48-ci ildönümünə həsr olunmuş III respublika turniri keçirilib Şəhid mayor Elnur Əliyevin anadan olmasının 48-ci ildönümünə həsr olunmuş III respublika turniri keçirilib