Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası başsağlığı verir

 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası başsağlığı verir

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına ağır itki üz verib.
Tibb elmləri namizədi, dosent, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "İdman tibbi və reabilitasiya” kafedrasının müdiri Nazim Axundov ömrünün 68-ci ilində vəfat edib. Nazim Axundov 1952-ci ilin mayın 15-də anadan olub. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə 1973-cü ildə Bakı şəhəri 5 nömrəli poliklinikanın "təxirəsalınmaz yardım” kabinetində tibb qardaşı vəzifəsindən başlayıb. 1975-1976-cı illərdə həmin xəstəxanada həkim-intern kimi çalışıb. İnternaturanı bitirdikdən sonra, aldığı təyinata əsasən, Salyan rayonunun psixiatriya xəstəxanasında fəaliyyətə başlayıb və 1978-ci ilin sonuna qədər bu xəstəxanada şöbə müdiri vəzifəsində çalışıb. 1986-cı ildən 2006-cı ilə qədər və 2014-2015-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun psixiatriya kafedrasının dosenti vəzifəsində çalışıb. 40-dan çox elmi əsərin müəllifidir. 1980-1990-cı illərdə ermənilər tərəfindən Azərbaycana və azərbaycanlılara qarşı aparılan təcavüz nəticəsində çox sayda psixoloji stres keçirmiş və psixoloji yardıma ehtiyacı olan qaçqın və məcburi köçkün mövcud idi. Bununla əlaqədar əsas iş ilə yanaşı 1995-2002-ci illərdə humanitar sektorda, yerli və beynəlxalq təşkilatlarla psixo-sosial yardımla və təlimlərlə məşğul olub (1995-2001 - "Buta” Uşaq Humanitar Fondu və "Norveç qaçqınlar şurası - NRC”; Danimarka qaçqınlar şurası - DRC; Aypara; Beynəlxalq qırmızı xaç təşkilatı - IFRC və s.). 2006-2012-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatriya Ekspertizası Mərkəzində psixiatr-ekspert kimi fəaliyyətdə olub. 2012-2014-cü illərdə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatriya Ekspertizası Mərkəzinin direktor müavini işləyib. 2015-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində baş mütəxəssisi kimi çalışıb. Nazim Axundov 2018-ci ildən başlayaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "İdman tibbi və reabilitasiya” kafedrasının müdiri vəzifəsində çalışıb. Nazim Axundovun əziz xatirəsi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!


 

T.e.n., dosent N.H. Axundovun rəhbərlik etdiyi kaferanın 3 illik fəaliyyəti haqqında
"İdman Tibbi və Reabilitasiya” kafedrası.



"İdman Tibbi və Reabilitasiya” kafedrasının kollektivi 2020-ci il: Soldan: 1-ci cərgədə:r.ü.f.d. K.S. Məmmədova , baş müəl.Z.Ə.Rəsulova, baş müəl. K.F.Məmmədova, t.e.n., dosent N.H. Axundov, müəl. A.F. Bakıxanova, t.e.n.baş müəl. V.H.Quliyev ; 2-ci cərgədə: baş müəl. F.N. Nəbiyeva, baş müəl. S.P.Mürsəlova , t.e.n. H.S.Kərimova, labo. R.S.Quliyeva, dos. S.Ş. Məmmədova, baş müəl. Ş.N.Məmmədova , baş müəl. M. M.Qəniyeva, baş müəl. A.Ə.Hüseynova, baş müəl.Məcidova Y, M.

Kafedra 2018-ci ilin oktyab ayında təşkil edilmişdir. İlk gündən kafedraya tibb elmləri namizədi, dosent N. H. Axundov rehberlik edirdi.
Kafedrada bakalavriat və magistr üzrə aşağıda qeyd olunan fənnlər tədris olunur. Bakalavr üzrə : "Gigiyena”, "İdman təbabəti”, "Müalicə bədən tərbiyəsi- 1,2”, "Müalicə bədən tərviyəsi və masaj”,"Biomexanika”, "Mülki müdafiə və tibbi biliklərin əsasları”, "İlk tibbi yardım formaları və gigyena”, "Biomexanika və kineziologiya-1,2”, "İdmanda zədələnmələr”, "Reabilitasiya ixtisasına giriş”, "Həkimə qədər ilk tibbi yardım”, "Ümumi və idman gigiyenası”, "İlk tibbi yardım formaları və gigiyena”, "Ümumi tibbi biliklər-1,2”, "Ümumi patologiya”, "Travmatologiya və ortopediya”, "Fizioterapiya (kinezoterapiya)”, "Fizioterapiya (fiziki amillər)”, "Yanıqdan sonrakı və çapıqlarla bağlı reabilitasiya”, "Xroniki ürək çatışmazlığı və miokard infarktından sonrakı reabilitasiya”, "Mamalıq və ginekologiyada reabilitasiaya”, "Ürək-ağciyər patologiyasında reabilitasiya”

Magistr üzrə: "Bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat üzrə elmi-tədqiqat işləri”, "Hərəki fəaliyyətin biomexaniki xüsusiyyətləri”, "Aşağı ətraf zədələnmələri və onların reabilitasiyası”, "Tədqiqat üsulları”, "Bərpa və reabilitasiyanın əsasları”, "Nevroloji və kardioloji reabilitasiya”, "Baş-beyin və boyun zədələnmələri və onların reabilitasiyası”, "Hərəki fəaliyyətin fiziologiyası”, "Yuxarı ətraf zədələnmələri və onların reabilitasiyası”, "Fiziki fəaliyyət və sağlamlıq”, "Dayaq-hərəkət sisteminin patalogiyasında radioloji müayinə üsulları”, "Reabilitasiyanın gender yaş xüsusiyyətləri”, "Dayaq-hərəkət apparatının funksional qiymətləndirilməsi və bərpası-1”.

 

Kafedrada azərbaycan, rus və ingilis dilində bakalavr səviyyəsində tələbələr təhsil alır. Maqisrtratura təhsil səviyyəsində tədris azərbaycan və ingilis dillərində aparılır. İngilisdilli "İdman Tibbi və Reabilitasiya” ixtisası üzrə fənn proqramının müəllifi Böyük Britaniyanın London Kollec Universitetinin Professoru, Böyük Britaniyanın "İdman Tibbi” üzrə standartının müəllifi Maykl Pol Luzmordur. Bu ixtisas üzrə tədris aparan müəllimlərin bir çoxu İngiltərə İdman İnstitutu (English Institute of Sport), İdman, Bədən Tərbiyəsi və Sağlamlıq İnstitutu (Institute of Sport, Exercise and Health) və London Kollec Unversitetinin (University College London) aparıcı mütəxəssisləridir.

Kafedranın tələbələri mütəmadi olaraq Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkil etdiyi elmi konfranslarda iştirak edirlər. Akademiyda 2019-cu ildə "Müasir idmanda dəyərlər, ənənələr və innovasiyalar” mövzusunda keçirilən tələbə və magistrantların elmi-praktiki konfransında "İdman tibbi və Reabilitasiya” kafedrasının 2 tələbəsi II və III yerlərə təltif olunaraq mükafatlandırılmışlar.
Kafedrada İdman Tibbi və Reabilitasiya fənninin tədrisi ilə əlaqədar bir sıra dərslik, dərs vəsaiti, tədris – metodik ədəbiyyat nəşr olunmuşdur. Bunlardan Ş.S.Məmmədovanın "Yeniyetmələrin anatomik, fizioloji və biomexaniki xüsusiyyətləri, (məqalə), F. N, Nəbiyevanın "İdmançılarda anaerob iş qabiliyyətinin yüksəldilməsinin vasitələri və metodları” (teziz), (2017), Dayaq-hərəkət aparatında yaranan zədələnmələrə idman növünün, yaşın təsiri və onların reabilitasiyası (tezis), (2018), Ş.N. Məmmədovanın "İdman formasının əldə edilməsi və saxlanılmasında idman təbabətinin rolu” (məqalə), (2016), "İdmançıların qidalanmasında vitaminlərin rolu” (məqalə), (2017), Z.Ə. Rəsulovanın "Morfoloji və fizioloji göstəricilərin yeniyetmə idmançıların nəticələrinə təsiri” (məqalə), (2016), (2018), M. M. Qəniyevanın "Uşağın xasiyyətinin və dünya görüşünün inkişafı”, (məqalə), (2016), Y.M. Məcidovanın "Yaşlı insanların sağlamlığında fiziki aktivliyin yeri və rolu (məqalə) , (2015), "Yoqa hərəkətlərinin MBT-də yeri”, (məqalə), (2018), "MBT və masaj” (proqram)”, (2018), S,P., Mürsəlovanın "Radioaktiv zəhərlənmələrdən qorunma” (məqalə), (2018), "Həyat Fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsinin müasir problemləri”( məqalə), K.F, Məmmədovanın "Yeniyetmə futbolçu qızların və idmanla məşğul olmayan məktəblilərin fiziki inkişafının və hərəki hazırlığının qiymətləndirilməsi”, (məqalə), (2018), "Zərərli vərdişlərin sağlamlığa mənfi təsiri”, 2016, "Orqanizmin funksional sisteminə hərəkət aktivliyinin təsirinin fizioloji-gigiyenik aspektləri”, (tezis).
Kafedrada son üç ildə 70 elmi-metodik əsər çap edilmişdir: 48 elmi məqalə (bunlardan 3 xarici ölkələrdə), 3 tezis, 19 dərslik və elmi-kütləvi nəşr.
Hazırda kafedrada 17 əməkdaş çalışır, o cümlədən 1 - professor (H. M. Əhməd), 3 - dosent (M. Ə. Babayev, S. Ş .Məmmədova), 2-t.e.n. (V. H. Quliyev, H. S. Kərimova), 1 - r.ü.f.d (K. S. Məmmədova), 7 - baş müəllim (Ş. N. Məmmədova, S. P. Mürsəlova, Y. M. Məcidova, M. M. Qəniyeva, A. Ə. Hüseynova, F. N. Nəbiyeva, K. F. Məmmədova, Z. Ə. Rəsulova ), 1- müəllim (A. F. Bakıxanova), 2- Azərbaycan bölmə magistrantı və 1- ingilis bölmə magistrant, 1- laborant.

 

Dilqəm Quliyev

 

 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası başsağlığı verir  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası başsağlığı verir