Fiziki və mənəvi tərbiyə almış yeniyetmələr sağlam gələcəyin təməlidir

Fiziki və mənəvi tərbiyə almış yeniyetmələr sağlam gələcəyin təməlidir

İnsanın fiziki və mənəvi tərbiyəsinə mənfi təsir edən hər bir amil pis vərdiş hesab olunur. Bu ilk addımda elə də ciddi görünmür. Lakin mütəmadi hal aldıqda artıq vərdişə çevrilir. Bu gün gənc nəslin tərbiyəsi əsas prioritetlərdən biridir. Valideyinlər çalışır ki, cəmiyyətə sağlam bir övlad bəxş etsinlər. Həm fiziki və həm də mənəvi tərbəyə almış bir yeniyetmə sabaha olan ümid çırağıdır. Çalışmaq lazımdır ki, bu çıraq adi diqqətsizlikdən vaxtından əvvəl közərib, sönməsin. Əsrin bəlası ola narkotik maddələr neçə-neçə ailəni məhv edib, arzuları puça çıxarıb. Bəs insanlar billə-bilə ki, narkomaniyaya qurşanmaq onları məhvə aparır nə üçün bu yoldan çəkinmirlər? "İdmançılar narkomaniyaya qarşı” rubrikası altında öz səhiflərində silsilə yazılar çap edən "Olimpiya dünyası” qəzeti yenə də bu mövzuya müraciət edib. Bu sayımızda insanların erkən yaşda narkomaniyaya meyl etməsinin səbəblərini araşdırmağa çalışdıq. Bu problemin qismən də olsa həlli üçün ayrı-ayrı mütəxəsisslərin fikirlərindən istifadə etdik.
Narkomaniya ən ciddi problemlərdən biridir. Bu problem bizim uşaqlarımızın həyatına nüfuz etmək iqtidarındadır. İnsanlar necə olur ki, narkomaniyaya meyl edirlər?



 

Genetikadan
qaynaqlanan
səbəblər


Aparılan müşahidələrə görə insanlar arasında narkomaniyaya meylliyin bir səbəbi də genetikadan qaynaqlanır. Bunu yoxlamaq üçün alimlər təcrübə zamanı insan orqanizmini tamamilə kodlaşdırırlar. Eyni qayda ilə narkotikanın miqdarını və əsas beyində mövcud olan xüsusi kimyəvi maddələri müəyyən edirlər. Bura serotonin, dofamin, adrenalin, noradrenalin və digərləri daxildir. Müəyyən edilib ki, beyinin işləməsi, hisslərimiz, emosiyalarımız, xarakterimiz məhz neyrohormonların miqdarından asılıdır. Hətta bəzən elə olur ki, insan kiçik miqdarlı serotonin neyrohormonu ilə doğulur. Belə hallarda onun depresiyaya düşmə ehtimalı daha yüksəkdir. Həmçinin narkotik və digər asılılığı olan aludəçilərdə də kiçik ölçüdə noradrenalin, adrenalin və serotoninə rast gəlinir. Bu tipli insanlar depressiyaya meyilli və stresə qarşı qeyri-sabit olurlar. Əgər belə bir insan narkotikdən istifadə edərsə, böyük ehtimalla onda asılılıq yaranacaq.

"Narkomanlığa aparan səbəblərdən biri də psixi pozğunluqla əlaqələndirilir. Fiziki cəhətdən sağlam insan qismən narkotik istifadəsinin təsirini hiss etmir və asılılıq məngənəsində sıxılmır. Moskvada yerləşən narkologiya və elmi-təcrübə klinikasının professoru Yevgeniy Bryun bu barədə maraqlı fikirlər bildirib. O, deyir: "Pasientlərimdən biri deyirdi ki, narkotiki başa düşmək üçün yaxşı psixopat olmaq lazımdır”.
Narkotik aludəçisi kiçik miqdarda da olsa bu qeyri-hormonları beynində necə daşıyır və bu da öz növbəsində psixi pozğunluğa səbəb ola bilər. Psixi pozğunluğun digər səbəbləri də var. Burada təkcə psixi pozğunluqdan deyil, şizofreniyadan söhbət gedir. Bu məqam narkomanı depresiyaya, psixopatlığa və nevrotik reaksiyaya gətirib çıxarır. Rusiyalı tanınmış psixiatr Yevgeniy Bryun illərdən bəri apardağı təcrübələrə əsasən bu qənaətə gəlib ki, narkotik ilk qəbul zamanı depressiyanı aradan qaldırır, ünsiyyətcilliyi artırır, qavrayışı yaxşılaşdırır və həyata baxışı gücləndirir. İnsan rahat yaşamağa başlayır. Daha sonra narkotik əvvəlki təsirini dəyişərək, əks təsirlər göstərməyə başlayır və fiziki pozğunluğa gətirib çıxarır. Zaman keçdikcə orqanizm daha böyük doza tələb etməyə başlayır.”



 

Yeniyetmələrdə
psixoloji
pozğunluq


Qeyd olunduğu kimi, psixoloji pozğunluq yeniyetmələrin də narkotik aludəçisi olması ilə nəticələnə bilər. Bu hallar demək olar ki, daha erkən yaşda başlayır. Hətta ana bətnindən, erkən doğuş zamanı və ya doğuşda baş nahiyəsindən aldığı zədə buna səbəb ola bilər. Ən vacib səbəb kimi kiçik yaşlarında nevroloji pozuntunu göstərmək olar. Bu körpənin beyin təzyiqinin yüksək olmasından əmələ gəlir. Digər səbəb isə psixoloji stress və şəxsi xarakterdə olan problemlər əsaslandırılır.
Əgər valideyin övladlarında narkotik asılılığın inkişafı, bu və ya digər riskli faktorlar aşkar edirsə, bunu vaxtında nəzarətə götürməlidir. İlk olaraq psixoterapevtə müraciət olunmalıdır.
Gənclik həvəsi yeniyetməni yeni duyğular axtarmağa sövq edir. Cəmiyyətə və yaşıdlarıyla ayaqlaşaraq, narkotik də daxil olmaqla, qadağan olunmuş maraqlara meyl edir. Ani zəiflik tədricən asılılığa çevrilir. Psixo-emosional vəziyyət tədricən idarəolunmaz vəziyyətə gətirib çıxarır.
Narkotik aludəçisi olan yeniyetmədən ətrafdakılar çox gec - aqressiya baş verdikdə, yalanlar və uyğun olmayan hərəkətlər ilə qarşılaşdıqda xəbər tutur. Valideyinlər bu vaxt həyəcan təbili çalmağı, necə müalicə etmək və xəstəliklə mübarizə aparmaqla maraqlanırlar.
Davranışdakı dəyişikliklər yeniyetmənin narkotik istifadəçisi olduğunu göstərmir. Ola bilsin ki, yeniyetmənin dünyaya münasibəti yetkinlik dövründən təsirlənir. O, yaxınlarına qarşı küskün olur, onları dinləmir, öz qaydaları ilə yaşayır. Bu yaşda uşaq pis əhatənin təsiri altına düşməkdən, asanlıqla əldə edilə bilən yüksək dozalı həzzə boyun əyməkdən çəkinmir. Təəssüflər olsun ki, böyüklər kiçik nəslin özünü qəribə aparmasına və psixo-emosional hərəkətlərinə əhəmiyyət vermirlər. Narkotik istifadə qeyri-müntəzəm olarsa, bu vəziyyətdən qurtulmaq mümkündür. Belə vəziyyətdə həkimlər orqanizmdə narkotikin olub-olmadığını müəyyən edə bilirlər.



 

Sağlam bədən və
ruhu olan insanın həyatında narkotikə yer yoxdur


Məcazi mənada desək, insan gəmi kimidir. Onu necə yükləyəcəyinə hər kəs özü qərar verir. Hər birimiz bu həyatda inkişaf edib, uğur əldə etmək istəyirik. Əgər biz özümüzü alkoqol, nikotin, narkotik, həddindən artıq qidalanma, düzgün olmayan fikirlər və emosiyalarla yükləyiriksə, nəinki cismimizi, həmçinin qəlbimizi belə zəhərləyəcəyik. Buna görə də özünüzdə inkişaf etdirməyiniz lazım olan ilk şey, özünə nəzarətdir. Bu vəziyyətdə köməyə idman gəlir. Məlum olduğuna görə idman məşqləri özünə idarəetməni gücləndirir. Bundan əlavə öz tənbəlliyin üzərində qələbə, müntəzəm məşq özünü idarə etməyi və məsuliyyəti öyrədir.
İdman uzun illərdir ki, fədakarlıq ənənəsi nümayiş etdirərək, narkomaniyaya qarşı mübarizədə fəal iştirak edir. Bu bir faktdır ki, idmanla məşğul olmaq pis vərdişlərə asılılıqla mübarizə aparmağa effektiv kömək edir. Necə deyərlər, sağlam bədən və ruhu olan insanın həyatında narkotikə yer yoxdur. Bu və digər xoşagəlməz asılılıqlarla mübarizəyə yönəltmənin bir çox yolları mövcuddur. İdmanla məşğul olmaq asılılıq arasında əsl alternativdir. Fəal gənclər pis vərdişlərin təsirinə daha az həssasdırlar. Müxtəlif formada idman növləri mövcuddur ki, onsuz həyatın dolğunluğu mümkün deyil.
Bu məqamda Maksuell Molçun "Psixokibernetika” kitabında səslənən bir fikirə diqqətə yetirmək yerinə düşər. Kitabda qeyd edilir ki, insanda vərdiş 21 günə formalaşır. Sonradan bu ideya geniş müzakirə obyektinə çevrildi. Psixoloqlar, şəxsi inkişaf ekspertləri və digər insanlar hər bir kəs bu düşüncəyə inanmağa başladı. Lakin tədqiqatlar göstərir ki, hər hansı bir vərdişə yiyələnmək üçün təqribən 18-254 gün vaxt tələb olunur. Məsələn, idmanla məşğul olmaq vərdişi altı həftəyə formalaşır. Niyə biz bu müddət ərzində pis vərdişlər əvəzinə yeni faydalı məşğuliyyətlərə meyl etməyək? Unutmaq olmaz ki, yeni vərdiş formalaşdırmaq üçün insana istək və güclü iradə lazımdır.

 

Məşhurlar narkomaniya
ilə bağlı nə düşünürlər?


 

“Yeniyetmələrə bir məsləhətim var. Narkotikdən deyil, idmandan zövq alın. Əgər sizin yaşadığınız ərazidə idman qurğusu yoxdursa, bu sizin təqsiriniz deyil”

***

Bir dəfə bir məktəbin yanından keçərkən gözüm bir cədvələ sataşdı: “Bizim məktəbdə nə narkotik var, nə də ki, silah”. Növbəti gün digər məktəbin yanından keçəndə belə bir cədvəl görmədim. Sizcə mən ikinci gördüyüm məktəb barəsində nə düşünməliyəm?”

Corc Karlin
(Amerikalı aktyor, ssenarist)


“Basketbol meydançası yeganə yerdir ki, mən bütün sıxıntılardan məhz orada uzaq oluram. Mənə bunun üçün heç bir narkotik kömək edə bilməz”
 
Beron Devis
(Peşəkar basketbolçu)


“Uşaqlar, çəkməyin, içməyin, narkotikdən uzaq olun. Özünüzə qəsd etməyin. Nə olursa, mənə olsun. Siz bizim gələcəyimizsiniz”
 
Eminem
(Amerikalı reper)


“İnsanın xarici görünüşü onun həyat tərzindən xəbər verir. Mən heç bir zərərli vərdişin aludəçisi olmamışam. Zahiri görkəmimdən hiss olunmur?”
 
Helli Berri
(“Oskar” mükafatı laureatı)


“Mən uşaq vaxtı yemək üçün pul tapa bilmirdim. Sizcə həmin vaxt narkotiki haradan və necə əldə edə bilərdim?”
 
Bek Hensen
(“Qremmi” mükafatı laueratı)


“Narkomaniya bir ömür boyu ölüm hissi ilə yaşamaqdır”

 
Fransua Moriak
(ədəbiyyat sahəsi üzrə Nobel mükafatı laureatı)


“Narkotikin köməyi ilə hədsiz zövq ala bilərsiniz. Amma həmin yaşadıqlarınızı sonradan xatırlaya bilməzsiniz”

 
Erik Bern (psixoloq)


“Bütün narkotiklər əbəs yerə xərclənən vaxt itkisidir. Onlar sizin yaddaşınızı məhv edir, arzularınızın üzərindən silinməz xətt çəkir, həyat eşqini qaranlığa sürükləyir”

 
Kurt Kobein
(“Nirvana” qrupunun üzvü)

 
Hazırladı:
Anar Əhmədov