ZƏHMƏTKEŞLƏRİN SAĞLAM HƏYAT TƏRZİNİN FORMALAŞMASINDA BƏDƏN TƏRBİYƏSİ VƏ İDMANIN ROLU

ZƏHMƏTKEŞLƏRİN SAĞLAM HƏYAT TƏRZİNİN FORMALAŞMASINDA BƏDƏN TƏRBİYƏSİ VƏ  İDMANIN ROLU


Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli 2271 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı”nın (2007-2012-ci illər) yerinə yetirilməsi ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu ilə birlikdə respublikanın müxtəlif rayonlarında təhsil müəssisələrində maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Azərbaycan Dövlət Bədən Rərbiyəsi və İdman Akademiyası "Tələbə-gənclərin sağlam həyat tərzinin formalaşmasına istismarına qarşı yönəlmiş Fəaliyyət Planı” hazırlanmış və icrasına başlanmışdır.
Azərbaycanda idmanın inkişafı, gənc­­lərin sağlam ruhda böyüməsinin, və­tən­pər­vər­lik ruhunda tərbiyə olunmasının, idmanın küt­ləv­liyinin artmasının, idmanın maddi-texni ba­za­sı­nın daha da inkişaf etdirilməsi, gənclərin id­ma­na cəlb olunması, beynəlxalq idman əla­qə­l­ərinin daha da genişlənməsi, nizamlanması məq­sədilə 26 iyun 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılddı, habelə 5 mart 1995-ci ildə Azərbaycan Respublikasında idman fondu təsis edildi. 02 fevral 1996-cı ildə Gənclərin I Forumu ilə əlaqədar Fərman imzalandı.
Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ölkə idmanında intibaha səbəb oldu!
Xalqımızın ümummilli lideri Heydər Əliyevin başladığı və möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması bütün sahələr kimi idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. Çox fərəhləndirici haldır ki, bu gün idmana dövlət səviyyəsində qayğı və diqqət göstərilir. Nəinki paytaxtımızda, eləcə də regionlarda 50-yə yaxın bir Olimpiya komplekslərinin, müasir idman qurğularının tikilib istifadəyə verilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi gənclərin sağlam ruhda böyüməsinə böyük təsir göstərir.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev demişdir: "...Mən, həqiqətən, şadam ki, Azərbaycanda idman və Olimpiya hərəkatı artıq həyatımızın bir hissəsinə çevrilib, idmançılara və veteranlara münasibət yüksək səviyyədədir”. Əminliklə vurğulamaq lazımdır ki, respublikamızda davamlı və sürətli sosial-iqtisadi inkişaf fonunda idman sahəsində də böyük işlər görüləcək, yeni zirvələr fəth olunacaqdır.

Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Bu proqramdan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional Şöbəsi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək məqsədi ilə qərb bölgəsində bu sosial bəlanın kifayət qədər qarşısının alınması, eyni zamanda, narkotiklərin külli miqdarda respublikamızın ərazisindən tranzit kimi istifadə etməklə digər ölkələrə daşınması ilə məşğul olan cinayətkar şəxsləri müəyyənləşdirmək, onların cinayətkar əməllərini ifşa etmək və fəaliyyət marşurutlarının qarşısını almaq məqsədi ilə şöbənin xidmət etdiyi ərazinin hüquq-mühafizə orqanları və digər dövlət və içtimai təşkilatların imkanlarından səmərəli istifadə etməklə, əməliyyat mövqelərinin gücləndirilməsi məqsədi ilə mütəmadi informasiya mübadiləsi aparmış, işgüzar əlaqələri genişləndirmiş, narkotiklərlə cinayət əməlləri profilaktikasını və onlarla və onlarla mübarizənin gücləndirilməsi sahəsində bir sıra məqsədyönlü tədbirlər həyata keçirmişdir.
Bir neçə ildir ki, mətbuat səhifələrində «sağlam həyat tərzi», «fəal həyat tərzi» anlayışlarına tez-tez rast gəlirik. Həmişə də bu ifadələr dünya xalqlarının ümumi bəlasına çevrilmiş narkomaniya, alkoqolizm, papiros çəkmək kimi zərərli vərdişlərdən yaxa qurtarmağın ən vacib vasitəsi kimi işlədilir. «Sağlam həyat tərzi», «fəal həyat tərzi» ifadələri bir-birinə yaxın olan anlayışlardır. Belə ki, fəal həyat tərzi keçirmək istəyən insanın başlıca məqsədi öz sağlamlığını, gümrahlığını qorumaq və uzun illər üçün onu mühafizə edib yaxşı vəziyyətdə saxlamaqdan ibarətdir. Sağlam həyat tərzi keçirmək, fiziki fəallıq hərəkətlərlə, turizmlə bağlılıq olmadan mümükün deyildir.
Təəssüf ki, zəmanəmizdə sağlam həyat tərzi keçirənlərin sayı ildən-ilə artmaqdadır. Cəmiyyət üçün ən dəyişətlisi odur ki, belə pis vərdişlərlə qurşananlar arasında on minlərlə azyaşlı yeniyetmə məktəbli də vardır. Narkomanlığın, alkoqolizmin adamlar üçün necə fəlakət olması, insan sağlamlığını necə məhv etməsi yaxşı məlumdur. Bunlar haqqında uzun-uzadı söhbət açmaq fikirində deyilik. Bu yazıda məqsədimiz zəhmətkeşlərdə belə zərərli vərdişlərə qarşı nifrət hissi aşılanması, onlarda sağlam həyat tərzi keçirməyin mənasını dərindən başa düşmək qabiliyyəti tərbiyə olunmasının bəzi yollarını və imkanlarını araşdırmaqdan ibarətdir.
Şəxsiyyətin hərtərəfli və harmonik inkişafının tərkib hissəsi olan fiziki tərbiyə yetişməkkdə olan gənc nəslin sağlam həyat tərzinin formalaşması üçün böyük təsir qüvvəsinə malikdir. Bunun üçün ilk növbədə gündəlik həyat fəaliyyəti zamanı əmələ gəlmiş bir sıra zərərli vərdişlərdən uzaqlaşmaq lazımdır. Müasir dövrdə bu vərdişlərdən ən geniş yayılanları siqaret və spirtli içkilərə olan aludəçiliklərdir. Onlar orqanizmdə gedən maddələr mübadiləsinə mənfi təsir göstərməklə, orqanizmin normal inkişafına mane olur. Bu zərərli vərdişlərin tərgidilməsi üçün ən səmərəli vasitə yeniyetmələrin fiziki tərbiyə məşğələlərinə cəlb etməkdir. Bu vəzifələrin həyata keçirilməsi ilk növbədə bədən tərbiyəsi müəllimlərinin öhdəsinə düşür.
Bu işdə bədən tərbiyəsi müəllimləri digər fənn müəllimləri və valideynlər ilə əlbir fəaliyyət göstərməlidir. Sağlam həyat tərzinin əsası ailədən başlayır. Ailədə olan sağlam münasibətlər və mövcud əxlaq normalarına riayət olunması uşağın şüurunda dərin iz buraxır. Cəmiyyətin ilkin özəyi olan ailədə, uşaq bizi əhatə edən aləm haqqında ilk təsəvvürlər alır. Gənc nəslin fiziki tərbiyəsində məktəb böyük rol oynasa da bu işdə ailə və ictimaiyyətin köməyi olmadan keçinmək mümkün deyil. Məlumdur ki, uşağın bəzi keyfiyyətləri məktəbə getməzdən əvvəl ailədə təşəkkül tampağa başlayır. Təcrübə göstərir ki, bəzi şagirdlərin sağlam həyat tərzinin düzgün olmaması, məktəblə ailənin zəif əlaqəsindən irəli gəlir.
Məlumdur ki, şəxsiyyətin ən müsbət cəhətləri əsasən, məktəbdə, təlim-tərbiyə prosesində formalaşır. Təcrübə göstərir ki, məktəb yaşı dövründə şagirdlərdə xoşa gəlməyən keyfiyyətlər də yaranıb inkişaf edir. Məsələn, bütün pis vərdişlərin bünövrəsi hesab olunan papiros çəkmək də çox vaxt məktəb vaxtlarıqndan başlanır. Papiros çəkməyin ardınca narkotok maddələrdən istifadə etmək «həvəsi» baş qaldırır, bunun ardınca spirtli içkilərə meyl yaranır.
Yetişməkdə olan gənc nəslin sağlam böyüməsi fiziki tərbiyənin başlıca vəzifələrindən biridir. Məlumdur ki, bədən tərbiyəsi, idman və turizm məşğələləri insanların həyat səviyəsinin formalaşması üçün böyük əhəmiyyətə malikdir.
Azərbaycan turizmin inkişafına şərait yaradan mühüm amillərdən biri ölkənin coğrafi mövqedə yerləşməsi və relyevin özünə məxsusluğudur. Azərbaycanda 9 iqlim tipi mövcuddur. Onlardan 3-ü turist və istirahətin təşkili üçün daha əlverişlidir. Başqa sözlə desək, Azərbaycan öz tarixi kökləri ilə uzaq tarixə gedən maddi və mənəvi mədəniyyətə malik ölkədir.

Turizmin inkişafı sağlam ətraf mühitlə sıx əlaqədardır. Bu baxımdan, turizm və ətraf mühitin yaxşılaşdırılması ekololji təhlükəsizlik və ətraf mühitin qorunması ilə bağlı dövlət siyasətinə tam uyğundur.
Belə ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2002-ci il 27 avqust tarixli Sərəncamı ilə «Azərbaycanda 2002-2005-ci illər üçün Turizmin inkişaf Proqramı və Proqrama dair tədbirlər Planı» təsdiq edilmişdir. Bununla əlaqədar Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsliq edilmiş «Azərbaycan Respublikası regionları sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)» turizmin hərtərəfli tərəqqisi üçün möhkəm zəmin yaratmışdır.Hal-hazırda respublikada 111 turizm müəssisəsi lisenziya əsasında fəaliyüyət göstərir. Zəhmətkeşlərə izahetmək lazımdır ki, insan dünyanın ən qiymətli varlığıdır. O, uzun illər və xöşbəxt yaşamalı, heç vaxt əmək qabiliyyətini itirməməlidir. Bunun üçün hər kəs fiziki hərəkətlərin orqanizmə müsbət təsirindən faydalanmalı, zərərli vərdişlərə qurşanmamalıdır.
Azərbaycan gəncliyinin sağlam həyat tərzinə, mənəviyyatına, tərbiyəsinə mənfi təsir göstərən zərərli vərdişlərin son illər respublikada təbliğatı və reklamı gedir (popiroslar, spirtli içkilər və s.). Hal-hazırda dünyanın əksər dövlətlərində spirtli içkilərə və və tütün məmulatlarına qarşı bu və ya digər formada təbliğatlar aparılır. Məsələn, Böyük Britaniyada 16 yaşına çatmamış yeniyetmələrə siqaret satdığına görə mağaza sahibi 10 min funt sterlinq məbləğində cərimə ödəyir. Şübhəsiz ki, bu gün Azərbaycanda vəziyyət elədir ki, bu məsələləri həll etmək bir az çətindir, ancaq bu təbliğatlar, reklamlar müəyyən hədd dairəsində olmalıdır.
Sağlamlıq və uzun ömür haqqında hamıya yaxşı məlumdur ki, sağlamlıq həyat rəhnidir, xöşbəxtliyin özülüdür. İnsan üçün ən qiymətli şey nədir dünyada - var-dövlət, yoxsa şöhrət? - sualına qədim filosovlardan biri belə cavab vermişdir: «Nə var-dövlət, nə də şöhrət hələ adamı xöşbəxt etmir. Sağlam dilənçi, xəstə adamdan xöşbəxtdir. İnsanın sağlamlığı yalnız onun şəxsi işi deyil; şəxsiyyətimiz Heydər Əliyev dediyi kimi, o, «dövlət əmlakıdır» ki, onu da qorumaq lazımdır.
Bu yaxınlarda prezident cənab İlham Əliyevin sərəncamına əsasən xalq səhiyyəsinin daha da yaxşılaşdırılması tədbirləri haqqında xüsusi qərar qəbul edilmişdir. Bu sənəddə nəzərdə tutulmuş konkret tədbirlər həyata keçirilməkdədir.
Belə deyirlər ki, keçmişdə yaşlı adam­lar daha çox olub. Lakin bu bir faktdır ki, bi­zim əcdadlarımızın həyatı sərt keçib, onlar ağır zəhmətlə yaşamaq üçün yol axtarıblar. Və­­­sait tapıblar. Hətta nisbətən son zamanlar da orta ömürlülük aşağı olub. Belə ki, Qərbi Av­­­ropada XVI əsrdə orta ömür 21 il, XVII əsr­­­də 26 il, XX əsrdə isə 34 il qeydə alınıb. Ru­­­siyada Böyük Oktyabr sosialist inqilabına qə­d­ər orta həyat ömrü 33 il olduğu halda, bu rə­q­əm indi iki dəfə artıb.
Alimlərin fikirlərinə, mülahizələrinə mü­­­raciət etsək, insan ömrünün bir əsrə bə­ra­bər olduğunu, hətta ondan çox olmasını təs­diq­­ləyən müddəalara rast gələcəyik. XVIII əs­rin məşhur fizioloqu Qallerə görə, insanın yaş hü­dudu 200 ildən az olmaya bilər. Digər al­man həkimi Qufeland da bu fikirdəymiş. Gör­­­kəmli rus alimi İ.İ.Meçnikov güman edi­r­­di ki, insan 150 ildən çox yaşayacaqdır.
Doğma diyarımız Azərbaycan uzun­ö­mü­r­­­­lülərlə rekord qazanmışdır. 160 illik yu­bi­le­­­yində sinəsini Qırmızı Əmək Bayrağı or­de­ni bə­zəyən Mahmud Eyvazov hələ də gümrah idi. 150 yaşı olanda o demişdi «Mənim çox ya­­­şamağımın sirri yorğunluq nə olduğunu bil­­­mə­məyimdi. Zəhmətlə uyuşan adamları to­r­­­paq qəbul etməyə heç də tələsmir».
1805-ci ildə dünyaya göz açan Şirəli Müs­­­lümov olduqca söhbətcil idi, bağda - tə­sər­­­­­rüfatda işləyib 168 yaşında həyatdan kö­çüb. Şirəli babanın 128 yaşında 57 yaşlı ar­va­dın­­­­dan sonuncu övladı dünyaya gəlmişdir. Kol­­­­xozçu Məcid Ağayevi pensiyaya yola sa­lan­­­­­da o özü belə qərara gəlib ki, hələlik iş­lə­sin və gözətçi olub. O, həmişə deyirmiş: «Əgər­ də­mir işlənirsə, pas onu tuta bil­mə­yə­cək».
Belə misalların sayını artırmaq olar. Bir məsələnin də xatırladaq ki, uzun­ö­mür­lü­lü­yün əsas sirri - əməkdir, fiziki hərəkətlər­dir.
Ömrü uzatmaq mümkündürmü! Bu, nə­­dən asılıdır? Ümumiyyətlə, çox ömür sür­mək üçün nə lazımdır!
Qafqaz bütün dünyada uzunömürlülər di­­yarı kimi tanınır. Bu regionda isə birincilik Azərbaycan Res­­publikasına məxsusdur. Bunu nə ilə izah et­­mək olar? Əgər söhbət bilavasitə iqlim şə­ra­iti ilə əlaqədardırsa, belə bir şərait dünyanın baş­­qa yerində yoxdurmu?
-Azərbaycan uzunömürlülər diyarıdır. Ha­q­lı olaraq çox vaxt ortalığa belə bir sual çı­xır: nəyə görə Azərbaycan bütün dünyada uzu­n­ömürlülərin sayına görə birinci yeri tutur? Ümu­m­iy­yətlə, uzunömürlülük bir sıra təbii bio­­­loji və sosial-iqtisadi faktorlar kom­p­le­k­si­nin qarşılıqlı münasibəti ilə xarakterizə olu­nur uzunömürlülüyə nail olmanın potensial im­­­kan­ları sosial-iqtisadi həyat şəraiti və təbii-coğ­­rafi mühit faktorlarından asılıdır. Bu fak­tor­­ların qarşılıqlı münasibəti müxtəlif ölkə və ra­yonlarda bir-birindən seçildiyindən uzun­ö­mü­r­­lülüyün də səviyyəsi müxtəlif olur. lakin bu səviyyə müəyyən vaxt ərzində həyat şə­ra­i­ti­nin dəyişilməsi ilə əlaqədar dəyişilə bilər.
Azərbaycanda uzunömürlülərin sayı 70-ci illərdə hər 100 min nəfərə 48,7 nəfər düş­­dü­yü halda, həyat şəraiti həmişə yüksək olan ABŞ-da bu rəqəm 1,5 nəfər idi. Fran­sa­da 1,7, İn­giltərədə 0,6 Yaponiyada isə 0,1 nə­fər təş­kil edir. Mütəxəsislərin fikrincə, uzunö­mür­­lü­lər Azər­­baycanda təkcə yaşının çox­lu­ğu­na gö­rə de­yil, həm də bütün fizioloji key­fiy­yətlərini sax­la­dıqlarına görə fərq­lə­nir­lər.
Ötən əsrin sonlarınadək bütün dün­ya­da uzunömürlülərinin sayına görə birinci yer­də dayanmış Azərbaycanda bu gün yaşı 100-ü haq­lamış çox az adam tapılar. Statistik rə­qəm­­lərə nəzər salsaq görərik ki, uzun­ömür­lü­lə­­rin sayı göstərilən dövrlə müqayisədə çox aşa­ğı düşüb. 1970-ci illərdə Azərbaycanda hər 100 min nəfərə yaşı 100-dən yuxarı 48,7 nəfər dü­şürdüsə, 1999-cu ildə bu rəqəm 27 nəfərə enib. Mütəxəsislər buna sə­bəb kimi bir neçə amil göstərsələr də, əsas prob­lemi əhalinin düz­gün qidalanmamasında gö­rürülər.
Azərbaycanda uzunömürlülüyün yük­sək səviyydə olması məhz bu respublikaya xas olan bir sıra xarakterik faktorlarla əla­qə­dar­dır. Bu faktorlara milli adət və ən­ənə­lərimiz, Azər­bay­can xalqının psixoloji ha­lı, tə­bii coğ­ra­fi şə­ra­iti, qidalanmanın xa­rak­te­ri və s. aid­dir.
Milli xüsusiyyətlər və milli adət-ən­ənə­lə­rin uzunömürlülükdə böyük psixoloji əhə­­miy­yəti vardır. Azərbaycan uzun­ö­mü­r­lü­lə­­ri adə­tən böyük, səmimi və mehriban ailə içə­­ri­sin­də yaşayırlar. Ailənin bütün üzvləri on­­lara qar­şı diqqətli, mehriban olur, uzun­ömür­­lü şəxs ailədə «ağsaqqal» kimi çıxış edir. Bu hal va­cib sosial-psixoloji faktor, təbii sti­mul kimi uzu­nömürlülərin əhval-ruhiyyəsini və ümumi hə­yat tonusunu yuxarı qaldırır.
Heç təsadüfi deyildir ki, Azərbaycan uzu­n­ömürlüləri, xüsusən rayon və kənd yer­lə­rin­­də yaşayanlar spirtli içkilərdən və pa­pi­ros­dan istifadə etmirlər. Daha dəqiq desək, on­la­­rın yalnız 1,8 faizi arasında papiros çə­kən­lə­­rə rast gəlmək olar.
Azərbaycanın təbii coğrafi mühitinin (iq­­limin, relyefin, bitki və heyvanat aləminin) də uzunömürlülükdə rolu böyükdür. Bəzi alim­­­lərimiz daha əlverişli iqlim şəraitinə ma­lik olan dağ rayonlarında uzunömürlülərə da­­ha çox təsadüf olunduğunu göstərirlər. La­kin son il­lərin müşahidələri istər dağ və ya dağətəyi, is­tərsə də aran rayonlarında uzun­ömür­lülüyün sə­viyyəsində əsaslı fərq olma­dı­ğı­nı göstərir.
Bu faktorlardan başqa, Azərbaycan mi­l­li xörəklərinin. Azərbaycan xalqının zəh­mət­­keşliyinin, əməksevərliyinin də uzun­ö­mür­lü­­lükdə rolunu kiçiltmək olmaz. S.N.Ser­ge­yev ­­Sens­kinin sözləri ilə desək, uzun­ö­mür­lü­lü­yün sə­­bəbini əməkdə axtarmaq lazımdır. Nə­ha­­yət, uzun­ömürlülüyə irsi meylin, başqa sözlə de­­sək, ge­netik faktorun da rolunu kiçiltmək ol­­maz. Apa­rılan tədqiqatlar göstərir ki, uzunö­mürlü şəxs­lərin ailələrində, hətta bir ne­çə nə­­sildə uzun­­ömürlülərə tez-tez rast gəlmək ol­ur.
Axırda belə bir faktı da qeyd etmək olar­­dı ki, bir çox milli adət və ənənələrin, iq­li­­min və s. çox oxşar olduğu qonşu ölkələrə nis­­bə­tən Azərbaycanda 100 yaşdan yuxarı şəx­s­­­lər iki dəfə çoxdur. Son zamanlar bütün dünyada sağ­lam­­lıq qaçışı ən dəbdə olan fiziki hərəkət amil­­lə­rin­dən birinə çevrilib.
Herentoloqlar uzunömürlülüyə şərait ya­­­radan şərtlər arasında havanın təmizliyinə xü­­­susilə çox fikir verirlər. Havada olan müx­tə­­lif kimyəvi tərkibli xırda hissəciklər - aero­zol­­ların insan sağlamlığına çox böyük zərərli tə­­s­iri vardır. Alimlər tərəfindən öyrənilmişdir ki, 1 sm 3 şəhər havasında 100 mindən çox be­­lə hissəciklər vardır. Kənd havasında bu his­­­səciklərin miqdarı 10 dəfədən də azdır. Dağ havasında isə onların sayı cəmi 2 minə ça­­tır. Ümumiyyətlə, kənd və şəhər mühitinin sağ­­lamlığa təsiri mürəkkəb proses olub gə­lə­cək­­də daha dərin tədqiqatlar tələb edir.
Bu göstəricilərlə yanaşı belə nəticəyə gələ bilərik ki, zəhmətkeşlərin asudə vaxtının formalaşmasında fiziki tərbiyə gənc nəslin hərəki vərdiş və bacarıqlarını təkmilləşdirir və onları tədricən mürəkkəbləşdirir. Bununla yanaşı gənc nəsildə narkomaniya, alkoqolizm, papiros çəkmək kimi zərərli vərdişlərdən yaxa qurtarmağa, yoldaşlıq, dostluq, təvazökarlıq, nəzarət, məsuliyyəit və öz xalqının, vətəninin şərəfini qorumaq hisslərini möhkəmləndirir, təşəbbüskarlıq və intizam tərbiyə edir. Oyun, idmana, turizmə, səyahətlərə maraq və məhəbbət aşılayır.