AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN AKADEMİYASININ ŞƏHİD İDMANÇILARI

AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN AKADEMİYASININ ŞƏHİD İDMANÇILARI











İSMAYILOV İLQAR SƏDİ OĞLU
AZƏRBAYCAN RESPUBLİKASININ MILLI QƏHRƏMANI

- (5.12.1959.Bakı-19.10.1992. Laçın). Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur (1980). Cüdo üzrə idman ustası. Bir neçə beynəlxalq turnirlərin qalibi olmuşdur. O, 1991-ci il dekabrın 5-də Ağdam rayonunun Meşəli və Malıbəyli kəndəlrini ermənilərin işğal etdikləri torpaqlarımızın müdafiəsinə qalxmışdı. İlqar İsmayılov 1992-ci ilin oktyabr ayında Laçın rayonundakı Mazutlu kəndi yaxınlığında Qızartı yüksəkliyini alarkən xüsusi igidlik göstərmiş və şəhid olmuşdur. İlqar İsmayılovun adına Nərimanov rayonunda küçə verilib. Təhsil aldığı 15 nömrəli məktəbin qarşısında İlqar İsmayılovun abidəsi qoyulmuşdur. Ölümüündən sonra İlqar Sədi oğlu İsmayılov Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli fərmanı ilə «Azərbaycan Respublikasının Milli Qəhrəmanı» fəxri adına layiq görülmüşdür.





ƏLİYEV ƏLİYAR YUSİF OĞLU,
AZƏRBAYCAN RESPUBLİKASININ MILLI QƏHRƏMANI

– (1957 .Qubadlı.- 2.10.1992. Laçın) .- Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir (1979). Əliyar Qubadlı rayon idman komitəsinin sədri vəzifəsində çalışmışdır. O, yunan-Roma güləşi üzrə idman ustası idi. Qubadlı rayonunda ilk batalyon yaradanlardan biri olmuşdur. O birinci batalyonun komandiri təyin edilmişdir (1992). 1992-ci il oktyabrın 2-də Laçının 7 kilometrliyində batalyon komandiri, mayor rütbəli Əliyar Əliyev qəhrəmancasına şəhid oldu. Ölümündən sonra Respublika Prezidentinin 10 noyabr 1992-ci il taixli fərmanı ilə Əliyar Yusif oğlu Əliyev «Azərbaycan Respublikasının Milli Qəhrəmanı» fəxri adı verilmişdir.








HƏSƏNOV AFAQ CƏFƏR OĞLU

– (1959-1988) -14 sentyabr da Masallı rayonunun Mahudavar kəndində anadan olmuşdur. Azərbaycan DBTİA-nın məzunudur (1984). O birinci dərəcəli futbolçu idi.»Termist»,ETK, Maşınqayıran» komandalarında oynamışdır. Bakı mülki-müdafiə bölməsinin döyüşçülərini aparan İL – 76 nəqliyyat təyarəsinin qəzasaya uğraması haqqında xəbəri şamını sarsıtdı. Zəlzələdən zərər çəkmiş Ermənistan əhalisinə köməyə tələsən gənclərin özləri faciəli surətdə həlak oldular. Onların arasında Afaq Həsənov da olmuşdur.






MƏMMƏDOV ARİF KÖÇƏRİ OĞLU

– (1966-1991) – Xocəvənd (keçmiş Martuni) rayonunun Xocəvənd kəndində anadan olmuşudr. Azərbaycan DBTİA-nın qiyabi fakultəsinin II kurs tələbəsidi. Cydo idman növü üzrə idman ustalığına namizəd idi. O könüllü olaraq torpaqlarımızı qorumağa getmişdir. Erməni qəsbkarlığında iki silah anbarı aşkara çıxartdı. Çartaz kəndi ilə Sos kəndini birləşdirən körpünü çətinliklə də olsa, partlayıb dinc əhalini erməni quldurlarından təmizlədi Arifin sonuncu əməliyyatı 1991-ci ilin 17 mayında oldu.







HACIYEV MAİS FƏQAN OĞLU

-(1970-1992)-Sumqayıt şəhərində anadan olmuşdur. Azərbaycan DBTİA-nin IV kursunda əyani olraq təhsil alırdı. Könüllü olaraq Sumqayıt şəhər hərbi komissarlığına müraciət etdikdn sonra o Füzuli rayonuna göndərilmişdir. Mais Hacıyev 1 aprel 1992-ci ildə hadrud rayonunun Məlikcanlı kəndində başından yaralandı. Füzuli rayon xəstəxanasına çatdırıldıqdan sonra cəmi 1 saat yaşadı.








ƏSƏDOV ELDAR İSFƏNDİYAR OĞLU

– ( 12.7.1959 Sumqayıt-24.1.1992.Qubadlı) – Azərbaycan DBTİA-nın məzunudur (1981). Yunan-Roma üzrə idman ustası idi. Dəfələrlə Sumqayıt çempionu olmuşdur. «Əlvanmetal» istehsal birliyinin idman sarayının direktoru vəzifəsində işləmişdir.-1988-ci ildən Azərbaycvnın mərd oğlu Eldar Əsədov torpaqlarımızı erməni işğalçılarından təmizləmək üçün Ağdamda, Qazaxda, Qubadlıda, Zəngilanda və başqa bölgələrdə vuruşmuşdur. 24 yanvar 1992-ci ildə Eldar Əsədov 33 yaşında qəhrəmancasına şəhid olmuşdur.





FƏRZƏLİYEV SƏMƏD ƏRŞAD OĞLU

-(14.11.1961Ağdərə-8.2.1992 Kiçan) – Azərbaycan DBTİA-nın qiyabi fakul- təsində təhsil alırdı (1983). 1992 fevralın 8-də ermənilər yşayan Kiçan kəndi tərəfindən qaniçələr böyük qüvvə ilə texnikanın gücü ilə Sırxavəndə hücüma keçəndə bu igid vətən oğlunun ömrünə son qoyuldu. Bu qanlı döyüşdə Səməd alınan güllədən şəhid oldu.







İSMAYILOV RAFİQ SEYFƏDDİN OĞLU

- (1963-1992). Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan DBTİA-nı bitirmiş və əsl "Dinamo”çu kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin daxili qoşun bölmələrindən birində məsul zabit vəzifəsinə təyin olunmuşdu. O beynəlxalq dərəcəli idman ustası adına layiq görülmüşdür. Könüllü olaraq o martın 7-də Əskəran rayonuna torpaqlarımızı qorumağa getmişdir. Azərbaycan torpağı uğrunda döyüşdə Əskəran yaxıınlığında gedən döyüşdə quldur gülləsi onun düz ürəyinə tuşlanmışdı (1992).




CƏBRAYILOV MƏHƏRRƏM BƏKİR OĞLU

– (1971-1992)-Şəki rayon Baş Layıscı kəndində anadan olmuşdur. Azərbaycan DBTİA-nı bitirmişdir (1992). M.Cəbrayılov cəmi 21 illik bir ömr yaşadı Noyabr ayında (1992) döyüşlərdə şəhid oldu.




BƏYLƏROV ƏRƏSTÜN MƏTLƏB OĞLU

– (1969-1992)-Laçın rayonunun Alxaslı kəndində anadan olub. Azərbaycan DBTİA-da təhsil alıırdı. Ərəstün Bəylərov Laçın,Şamkən, Piçənis, Vağazin, Ərdəşvil,Pircahan, Alxaslı, Katus, Mişni, Soyuqbulaq, Hocaz kəndlərinin azad edilməsində fədəkarlıq göstərib Ərtəpədə gedən vuruşlarda isə 1992-i il oktyabrın 2-də qəhrəmancasına düşmən tərəfindən şəhid olmuşdur.




ABBASOV MİRZƏ QUBAD OĞLU

– (30.4.1969 Füzuli –16.3.1993.Füzuli.) – Azərbaycan DBTİA-nı bitirmişdir (1992). 1993-cü ilin yanvarında Vətənin müdafiəsinə sarılmışdır. Füzuli bölgəsində çoxsaylı döyüşlərdə iştirak etmişdir. 1993-cü il martın 16-da dörd nəfər silah yoldaşı ilə düşmənin M-4 minasını zərərsizləşdirən zaman minaya düşən Mirzə qarın nahiyyəsindən ağır qəlpə yarası almışdı. İkinci cərahiyyə əməliyyatından 3 gün sonra aprelin 11-də 24 yaşlı gənc həyatla əbədi vidalaşdı.






ABBASOV ŞAKİR HÜSEYN OĞLU

- (19.3.1955 Cəbrayıl-29.12.1993 Salahlı-Kəngərli)-Azərbaycan DBTİA-nı bitirmişdir (1984). 1989-cu ildə hərbi komissarlıq tərəfindən zabitlər hazırlayan hərbi kursa göndərildi. Kursu müvəffəqiyyətlə bitirdikdən sonra, Zaqafqaziya Hərbi Dairəsinin əmrilə ona leytenat rütbəsi verildi (31.3.1989). O, 1991-ci ildə Cəbrayıl hərbi komissarlığa gedib könüllülər dəstəsinə yazıldı. Onun batalyon komandirinin müavini təyin etdilər. Şakir Sirik kəndində ağır döyüş zamanı mühasirəyə düşərək 27 əsgərimizi ölümdən xilas etdi. Daş başı kəndində yoldaşları ilə 7 erməni qulduru öldürərək, bir nəfəri də əsir aldılar. 1992-ci ildə onun bölüyü Sirik əməliyatını həyata keçirir, üç nəfər itki verərək 50 nəfər ermənini məhv edir. Sonra Şakir Abbasovu tabor komandiri təyin edirlər. Onun Ağdam bölgəsində davam edən döyüş yolu 1993-cü il dekabrın 29-da Salahlı-Kəngərli kəndi uğrunda gedən qanlı vuruşmalarda qəhrəmancasına başa catdı. Düşmən pulemyotunu susduran Şakirin ürəyi erməni snayperinin gülləsinə hədəf oldu…Qəhrəmancasına Şəhid oldu…




ALLAHVERDİYEV ZAUR MUSA OĞLU

– ( 17.1.1969, Bakı-21.2.1993 Sırxavəndli) - Azərbaycan DBTİA-nın məzunudur. İdman akrobatika növü üzrə idman ustası idi. Zaur 1992-ci ilin mayından Ağdərə bölgəsində bir sıra çətin döyüşlərdə iştirak edib. 21 fevral 1993-cü il tvrixdə Sırxavəndli kəndinin erməni işğalçılarından təmizlənməsi uğrunda döyüş Zaurun son döyüşü oldu. O, düşmən snayperinin gülləsinə tuş gəldi.





HÜSEYNOV ERNEST YUSİF OĞLU

-(22.6.1957 Füzuli -15.8.1992 Veysəli) – Azərbaycan DBTİA-nın məzunudur (1979). Ernest Hüseynov 1992-ci ilin əvvəllərində Qacar, Hoğa, Cəmilli, Məlikcan yüksəkliyi uğrunda, Xırmancıq, Dördlər postu, Yuxarı Veysəlli kəndlərində və b. torpaqlarımız uğrunda gedən qanlı döyüşlərdə iştirak etmişdir. 1992-ciil avqustun 15-də Ernest Hüseynov Üuxarı Veysəlli uğrunda gedən döyüşlərdə 15 döyüşçümüzlə birlikdə minaya düşərək qəhrəmancasına şəhid oldu.





ƏLİYEV HİCRAN ƏLİ OĞLU

– (16.2.1970.Ararat-16.2.1993 Ağdərə) - Uşaqlıq illərini Naxçıvan MR Şərur rayonunun Ulyan-Noraşen kəndində keçirmişdir. 1992-ci ildə Azərbaycan DBTİA-nı bitirmişdir. Hicran Əliyev BPİ-də xidmətdən sonra Ağdarəni ermənilərdən müdafiə etmək üçün Qarabağa yollandı. Fevral aynın 16-da gecə keçirilən əməliyyatda Hicran da iştirak edirdi. Əməliyyat vaxtı düşmənin böyük qüvvəsi ilə səngərdə üzbəüz qarşılaşan Hicran Əliyev ad günündə-16 fevral 1993-cü ildə 23 Yaşında şəhid oldu.





ƏLİYEV POLAD NƏRİMAN OĞLU

(1938-1993).- Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndində anadan olmuşdur. Azərbaycan DBTİA-nın məzunudur. Füzuli rayonunda «Məhsul» idman cəmiyyətinin rəhbəri olmuşdur. 10 ilə haxın Füzuli kənd könüllü idman cəmiyyətində sədr vəzifəsində çalışmışdır. 1993-cü il avqustun 17-də ermənilər Yuxarı Əbdürrəhmalı kəndini işğal edərək Polad müəllim ermənilərə qarşı mübarizədə fədakarlıq göstərmiş və həmin döyüşdə erməni quldurları tərəfindən vəhşiliklə öldürülmüşdür.





ÇOXAYEV ADİL PAŞƏLİ OĞLU

(1971-1993)- avqus ayında Saatlı rayonunun Fətəlikənd kəndində anadan olmuşdur. 25 avqust 1993-cü ildə Adil Çoxayev həmin döyüşdə qarın nahiyyəsindən yaralandı və Beyləqan mərkəzi xəstəxanasına gətirildi. Ağır cərahiyyə əməliyyatından sonra ömrnünün iyirmi ikinci bayarında ən sox sevdiyi torpağı bağrına basdı.




ŞƏMİYEV ELÇİN ALIŞ OĞLU

(7.12.1973 Füzuli-24.8.1993.Füzuli) - Azərbaycan DBTİA-nın tələbəsidi. 1993-cü il avqustun 21-də erməni silahlı birləşmələri Füzuli rayonunun kəndlərinə hücüm etmiş Alxanlı kəndini mühazirəyə almışlar. Dinc əhalini daşnakların əlindən xilas etmək üçün Füzuli rayonunun əsgərləri döyüşə girişmişlər. Həmin döyüşdə Elçin Şəmiyev də iştirak edirdi. Elçin Şəmiyev 1993-cü il avqus ayının 24-də Füzuli rayonunun Alxanlı yaxınlığında anası erməni qəsbkarlarına əsr düşməsin deyə qəhrəmancasına şəhid olmuşdur.




YAQUBOV TELMAN RAFİQ OĞLU

-(15.1.1972 Sumqayıt-20.4.1994. Güllücə)- 1993-cü ildə Azərbaycan DBTİA-nı bitirmişdir (1993). Telman 1993-cü ilin yayında Güllücə kəndinin torpaqları uğrunda vuruşmuşdu. Bu döyüşdə çoxlu erməni məhv edildi. Lakin bu döyüşdə Telman ürək nahiyyəsindən yaralandı. 1994-cü il aprelin 20-də qəhrəmancasına şəhid olud.






FƏRƏCOV ASƏF TƏFƏKKÜL OĞLU

– (28.9.1966.Naxçıvan-8.5.1994 Ağdərə) – Azərbaycan DBTİA-nın qiyabi fakültəsini bitirib (1991). Asəf 1994-cü il təkrar hərbi xidmətə çağrılır Ağdərə bölgəsində döyüşlərdə iştirak etmişdir. 28 yaşında Ağdərə bölgəsində torpağı uğrunda gedən döyüşlərdə, Asəf Təfəkkül oğlu Fərəcəov 8 may 1992-cü ildə şəhid olmuşdur.







MƏMMƏDZADƏ YAŞAR ÇƏLƏBİ OĞLU

– ( d.24.12.1960,Mingəçevir- v.4.1.1994,Xocavənd)- Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb (1977-1981).Avarçəkmə üzrə idmn ustası idi. Erməni quldurları torpaqlarımıza hücum etdikdə könüllü olaraq Vətənimizin müdafiəsinə getmiş və Abdam -Tərtər bölgəsində mərdliklə vuruşaraq, öz şücaiəti ilə tank əleyhinə batereya komandirinədək yüksəlmişdir. Batareya komandiri Yaşar Məmmədzadə Xocavənd rayonu Çeyili və Pirpulağ yüksəkliyi uğrunda döyüşlərdə mərdik göstərərək qəhrəmancasına şəhid olmuşdur. Şəhidlər xiyabanında dəfn edilmişdir. Ölümündən sonra «Azərbaycan bayrağı ordeninə layiq görülmüşdür.






MƏHƏRRƏMOV ABBASƏLİ PUŞKİN OĞLU

–(19.2.1972.Qazax-7.2.1994.Ağdam).- 1993-cü ildə Azərbaycan DBTİA-nın bitirmişdir. 1994-cü il fevralın 7-də Ağdam torpağında gedən yürüşlüərdə Abbasəli 6 yoldaşı ilə kəşfiyyata gedir. Atəş altına düşürlər. 5 hərbçimiz şəhid olur. Abbasəli isə yaralanır. Fevral ayının 7-də axşam Abbasəlini Tərtər xəstəxasınada şəhid olur.







CƏFƏROV ƏDALƏT HÜSEYN OĞLU

– (9.10.1970 Kəlbəcər-3.1.1994, Kəlbəcər) .- 1992-ci ildə Azərbaycan DBTİA-nı bitirmişdir. 1994-cü il yanvarın 3-də Kəlbəcər rayonunun yaxınlığında torpaqlarımızı erməni qəsbkarlarından təmizləyərəkən qəhrəmancasına şəhild olur.







HÜMBƏTOV FƏXRƏDDİN XANIŞ OĞLU

- (16.8.1960.Əli-Bayramlı-9.3.1993.Cəmilli).- 1973-cü ildə Respublika idman təmayüllü orta ümumtəhsil internat məktəbinə daxil olmuşdur. Sərbəst güləş üzrə idman ustalığına namizəd idi. Respublika çempionu olmuşdur. 1981-ci ildə Azərbaycan DBTİA-nı bitirmihdir. O dəfələrlə, torpağımız uğrunda gedən döyüşlərdə xüsusi igidlik göstərərək Ağdam, Füzuli, Cəbrayıl, Qacar kəndi, Qırmızı bazar, Rus oyuğu, Kiçik təpə, Yuxarı-aşağı Divanəlilər, Topatılan təpə, Göhnə ağ cığırlı meşədə, Kolqumda, Oruc yalında, Cəmillidə və başqa torpaqların müdafiəsində iştirak etmişdir. Divanlılar ətrafənda gedən döyüşdə şəhid oldu (9 mart 1993).





ŞƏRBƏTOV ƏSGƏR QARDAŞXAN OĞLU

–(17.2.1972. Sabirabad-21-4.1996.Qaraçinar).- 1993-cü ildə Azərbaycan DBTİA-nı bitirmişdir. Əsgər Şərbətov hərbi xidmətini Gəncə şəhər 130 saylı hərbi hissədən başlamışdı. 24 oktyabr 1993-cü il tarixdə hərbi hissənin komandiri Tərtər rayonuna göndərildi O. Tərtər rayonunun Cəmilli kəndində yerləşdirildi. Sonra Divanarəsda, Talışda, Ağdərədə, Madanizdə, Çaylının yuxarı həssələrində kəşfiyyatda olmuşdur. 19 sentyabar 1995-ci il tarixdə Keçəl dağdan geri qayıtdıqdan sonra, 20 sentyabr 1995-ci il taixdə Baş leytenat rütbəsi almışdı. 27 aprel 1995-ci ildə Qaraçinar, Yanıqdağ, Tap, Qazaxlar, Borsunludakı hərbi postlarda olmuşdur. 2 fevral 1996-cı ildə Bakıda GİN birinci Forumunda iştirak etmişdir. 8.4.1996-cı ildə 2.00-da kəşfiyyatda olmuşdur. 21 aprel 1996-cı ildə saat 2.00-da kəşfiyyatda olan müddəti minaya düşərək şəhid olmuşdur.