Tədqiqatçı alimin yeni monoqrafiyası  çapdan çıxıb

Tədqiqatçı alimin yeni monoqrafiyası  çapdan çıxıb

 Prezident təqaüdçüsü, pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin «75 il öncə başlanan yol...- “İdmanın təkmübarizlik növləri kafedrası” (1947-2022) adlı kitabı çapdan çıxıb. Monoqrafiya Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi şurasının 2022-ci il 28 aprel tarixli iclasında müzakirə edilərək bəyənilmiş və nəşri məqsədəuyğun sayılmışdır. 
Oxuculara təqdim olunan bu monoqrafiya Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdmanın təkmübarizlik növləri kafedrası”nın 75 illik yubileyinə həsr edilmiş, tədris, metodiki və elmi-tədqiqat, elmi-pedaqoji və elmi işçilərin hazırlanması işlərinin həyata keçirirlməsi, tələbə və məzunlarının idman nailiyyətləri barədə ensiklopedik məlumatlar toplusudur. Monoqrafiyada “İdmanın təkmübarizlik növləri kafedrası”nın tələbə və məzunlarının birinci və ikinci Qarabağ müharibəsində milli qəhrəman və şəhid idmançıları, generalları haqqında konkret faktlar öz əksini tapmışdır. 
Monoqrafiya Milli Olimpiya Komitəsinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin  əməkdaşları, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının  “İdmanın təkmübarizlik növləri” kafedrasının professor-müəllim heyəti, doktorantlar, bakalavrlar, magistrlər, ali  və orta məktəb müəllimləri, şagird və tələbələr, bədən tərbiyəsi və idman sahəsində çalışan mütəxəssislər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.