Mudros sülhü dövrü  – II yazı

Mudros sülhü dövrü  – II yazı

Ermənilərin Kilikiya haqqındakı istəklərinə qarşı Fransa nümayəndələri İskəndərun və Kilikiya ilə bağlı Fransanın tarixi rol oynadığını göstərmiş və onun bu hüququnun ta¬nın¬¬masını tələb etmişdilər. Bununla yanaşı onlar erməniləri əziz¬ləməkdən də geri qalmırdılar.

6 iyul 1920-ci ildə Osmanlı hökumətinə Fransa baş na¬zi¬¬ri və xarici işlər naziri A.Milyeran cavab olaraq bunları de¬mişdi: «Müttəfiqlər Türkiyənin başqa millətlər üzərində hegemo¬nluğuna artıq son qoymağı qərara almışlar… Son 20 ildə er¬mənilər eşidilməmiş vəhşiliklərlə öldürülmüşlər… ağlasığmaz 800 min kişi, qadın, uşaq öldürülmüş və 200 min yunan və erməni vətənlərindən sürgün edilmişlər. Bu səbəbdən müt¬təfiq dövlətlər türk çoxluğu olmayan əraziləri türk nəzarə-tindən qurtarmağı qərara almışlar…»

Fransızın dediyi 800 min erməninin öldürülməsi faktı ey¬nilə Osmanlı sədrəzəmi (baş nazir) damad Fərid paşanın heç bir faktla əsaslandırılmamış, yalnız əvvəlki hökumətə qa¬ra yaxmaq məqsədi ilə Osmanlı Böyük Məclisində etdiyi rəs¬mi məlumata əsaslanır və Osmanlı baş nazirinin bu mə¬lu¬ma¬tı Fransa baş naziri tərəfindən sənəd kimi istifadə olu¬nurdu.

Bir türk baş naziri ki, özündən əvvəlki iqtidarı pisləmək üçün ermənilərin və onları müdafiə edən xaricilərin göstərdik¬¬ləri rəqəmdən daha artıq erməninin öldürüldüyünü demək¬¬dən çəkinməmiş və düşmən dəyirmanına su tökdüyünü dü¬şünməmişdir…

…Damad Fərid paşa istiqlal müharibəsi dövründə bun¬dan da böyük səhvlər etmiş və nəhayət məmləkətə xəyanət də¬¬rəcəsinə çatmışdır.

Bu dövrdə bir tərəfdən müzakirələr davam edərkən, digər tərəfdən şərq hüdudlarında ermənilər toplanaraq, güc yı¬ğır və vaxtaşırı türk kəndlərinə basqınlar edirdilər.

Bu əsnada da müttəfiqlərin yardımı ilə yunan ordusu İzmirə çıxarılmışdı. Qafqazda qurulmuş erməni dövləti isə bol¬şevik ordularına qarşı döyüşən Denikin ordusuna tərəf¬dar çıxır və yeni qurulmuş bolşevik Rusiyasına qarşı bir cəb¬¬hə açmış kimi görünürdü.

Lakin müstəqil erməni dövlətinin ən zəif cəhəti işğal etdiyi bölgədə, hətta İrəvanda azlıq təşkil etməsi idi. Çar Rusi¬ya¬sının 1914-cü il statistikasına görə, Qarsda əhalinin yalnız yüzdə iyirmi beşini ermənilər təşkil edirdilər. İrəvanda da eyni ilə yüzdə iyirmi beşini ermənilər, yüzdə altmış altısını müsəlmanlar təşkil edirdilər. Naxçıvanda isə türk-müsəlman əhalisinin sayı yüzdə səksən ikini təşkil edirdi. Qars, Ərdəhan və Batum sancaqlarında 1918-ci ilin iyul ayında keçiril¬miş plebisitdə 28.000 xristian, 300.000 türk-müsəlman iştirak etmişdi.

Gümrü, İrəvan və Göycə gölündən şərqdəki bölgədə er¬mə¬nilərin sıxlığını saxlamaq yalnız sonradan Türkiyədən kö¬çən 200 minə qədər erməninin oradan qovulmuş müsəlman¬ların yaşadıqları kəndlərə yerləşdirilməsi sayəsində müm¬¬¬kün olmuşdu. Təbiidir ki, bu vəziyyətin qarşısında daş¬nak¬¬ların bütün səyləri bu bölgədə erməni sıxlığını saxlamaq üçün müsəlman qırğınını davam etdirməkdən ibarət olmuş¬du.

Mudros sülhü, Londonun və Vilsonun qərarları ermənilərə verilməsi nəzərdə tutulan Şərqi Anadolu vilayətlərində ək¬səriyyəti təşkil edən türklərin güclü narazılığı ilə qarşılan¬mış¬dı. Türklərin işğal etmiş olduğu vilayətləri tərk edib, 1914-cü il sərhədlərinə çəkilmələrindən sonra, ingilislər Qars və onun ətrafını ermənilərə təslim etmişdilər.

Bununla yanaşı, Ərzurumda müttəfiqlərin hökumətləri¬ni məlumatla təmin edən ingilis podpolkovniki Roulinson 15-ci korpusun silahlarını sülh qanunlarına əsasən toplamağa çalışırdı.

Bu ikitərəfli çalışmalar bir gün ermənilərin ingilislər tərə¬findən Ərzuruma da gətirilə biləcəyi ehtimalını yaratmış¬dı. Erməni istilasının nə demək olduğunu çox acı bir şəkildə yaşamış xalq, bir də belə bir istilaya məruz qalmamaq üçün mücadilədən başqa çarə olmadığını anlamışdı. Bu düşüncə tərzi, məmləkəti ermənilərdən qorumaq üçün dəyərli bir mənəvi qüvvə mənbəyi olmuşdu.

Ermənilərə kömək etmək istəyən ingilislər müttəfiqlərin göstərişlərinə əsaslanaraq, türk ordusunun əlindəki silahları, sursat anbarlarını və topların çaxmaqlarını yığıb, Qafqaza aparmağa başlamışdılar. Xalq buna mane olmaq üçün əs¬gər¬lərlə birlikdə qatarlara hücum edib yığılmış silahları geri ala¬raq dağlara aparmışlar. Daha sonra bu silahlar ordunun və xalqın silahlandırılması üçün istifadə edilmişdir.

İngilis podpolkovniki Roulinson bu barədə Kazım Qara¬bəkir paşaya yazdığı sərt bir etiraz məktubuna lazımi şə¬kil¬¬də cavab almışdı. Silahlar isə ingilislərə qaytarılmamışdı.

Vəziyyətin getdikcə daha da pisləşdiyini görən ingilislər, bu zaman kürdlərlə əlaqəyə girib, ermənilərdən başqa türk¬lə¬rə qarşı yeni bir qüvvə də çıxarmaq istəmişdilər. Lakin rus-erməni istilasının nə olduğunu əvvəlcədən görmüş kürd bəyləri və qəbilələri buna razılıq verməyərək, türklərlə birlikdə mübarizə etmək qərarına gəlmişdilər.

Bu zaman bütün Anadoluda milli şüur və işğala qarşı mü¬¬qavimət arzusu canlanmış, Birinci dünya müharibəsi zamanı döyüş qabiliyyətini, silah və sursatını itirmiş, dağılmış kiçik türk ordusu hər gün İstanbuldan və başqa yerlərdən Ankarada toplanan qüvvətli bir zabitlər bölüyünün bacarığı sayəsində qısa zamanda təşkilati bir hala gətirilmişdi.

15 korpus komandanlığı 15 iyun 1920-ci ildən etibarən Şərq cəbhəsi komandanlığı adını almış və hücuma hazırlan¬mış¬dı. Lakin bu zaman Rusiya Sovet Cümhuriyyəti xarici iş¬lər komissarı Çiçerinin imzası ilə Türkiyə Böyük Millət Məc¬¬lisinin sədri Mustafa Kamal paşaya yazılmış bir məktub bu hücumun bir müddət təxirə salınmasına səbəb ol¬muş¬¬du.

Sovet hökuməti bu məktub ilə «türklərə iş birliyi, silah və pul ilə kömək edəcəklərini və Türkiyə sərhədləri məsələsinin Türkiyənin istədiyi şəkildə, sülh yolu ilə həllinin müm¬kün olduğunu» bildirərək, hücumun bir müddət gecikdirilməsini xahiş etmişdi. Vəziyyət Nazirlər Şurasında müzakirə edilmiş və ruslarla keçiriləcək görüşlərə qədər hücumun təxirə salınması qərara alınmışdı.

Bu dövrdə Qafqazda böyük hadisələr baş verirdi. Bir tərəfdən ingilislər ayrı-ayrı yerləri işğal edir, digər tərəfdən də bolşevik rus hərbi hissələri Qafqazda qurulmuş dövlətləri bir-bir öz hakimiyyətləri altına alırdı. Bu zaman Sovet hökuməti Gürcüstan və Ermənistanla sülh danışığı və dos¬t¬luq müqaviləsi bağlamaq üçün fəaliyyətə başlamışdı.

İngilislərə gəlincə, onlar gürcü və erməni silahlı qüvvələri¬nin köməyilə rus bolşeviklərinin Qafqazı zəbt etmələrinin qarşı¬sını ala bilməyəcəklərini anlayaraq, geri çəkilmək məcburiyyətində qalmışdılar.

Ermənilər isə bir tərəfdən bolşeviklər, digər tərəfdən də bölgədəki türk qüvvələri, xüsusilə türk əhalisi ilə daim döyüş vəziyyətində idilər.

Bu zaman Ankara hökuməti Moskva ilə təmasa girərək, Şərq cəbhəsində vəziyyəti düzəltmək istəyirdi. Bunun üçün bir türk nümayəndə heyəti Moskvaya getmişdi. Türklərdən əvvəl Moskvaya erməni nümayəndə heyəti də üz tutmuş və ruslarla onların arasında müqavilə imza¬lan¬mışdı. Moskvada türk nümayəndə heyəti ilə aparılan danı¬şıq¬larda ruslar Muş və Bitlis vilayətlərinin ermənilərə verilməsini təklif etmişdilər, lakin Böyük Millət Məclisi hökuməti bu təklifi qəbul etməyərək Şərq cəbhəsi rəhbərliyindən cəbhədəki vəziyyət haqqında məlumat verməsini tələb etmişdi.

13 sentyabr 1920-ci ildə Oltu bölgəsindəki ermənilər türk qüvvələrinə hücum etmişdilər. Bütün bu hadisələrlə əla¬qə¬dar, Böyük Millət Məclisi hökumətinin 20 sentyabr 1920-ci il tarixli qərarı əsasında Şərq cəbhəsində bütün sərhəd bo¬yu hücuma keçmək və erməni məsələsini birdəfəlik həll et¬¬mək qərarı verilmişdi.

Mudros müqaviləsinin müddəalarına görə, işğal edilmiş cənub və cənub-şərq Anadolu bölgəsi də qısa bir zamanda ehtirasların qızışdığı yerə çevrilmişdi. Türk, ərəb, kürd, çər¬kəz, erməni, suriyalı, kəldani və bir qədər də avropalının ya¬şa¬dıqları bu bölgədə, böyük bir əksəriyyəti təşkil edən türk¬lə¬rin haqları və səlahiyyətləri əllərindən alındığından, digər xalqların hər biri ayrı-ayrı təmənnalar, istəklər arzusunda idilər. Bir türk vətəni olan bu bölgə, sanki, silaha söykənən bir hüquqi qayda-qanunun yaradılmasını istəyirdi.

Bu hadisələrlə əlaqədar Amerikadan Adanaya müxtəlif din, dil və irqlərə mənsub xalqların nümayəndələrini topla¬ya¬raq, Adananın idarəsi haqqında onların fikirlərini öyrən¬mək üçün nümayəndə heyəti göndərilmişdi.

Bu sorğudan belə bir nəticə alınmışdı:

1. Türk nümayəndələri Adananın Türkiyə Cümhuriyyətində saxlanmasını istədilər.

2. Ortodoks və katolik ermənilər Fransa himayəsində bir Ermənistan qurulmasını tələb etdilər.

3. Ərəblər Kilikiyanın Fransa himayəsində Suriyaya bir¬¬ləşdirilməsi təklifini irəli sürdülərsə də, komissiya başçısı:

- Suriyalılar Fransanı istəmirlər, bu halda nə edəcəksiniz? - dedikdə,

Ərəblər Kilikiyada erməni hakimiyyətinə razı olmadıqlarını bildirdilər.

4. Pravoslav yunanlar və latınlar (Türkiyədə yaşayan ka¬tolik yunanlar özlərini belə adlandırırlar) Fransa hegemon¬luğunu istədilər.

5. Livanlı katoliklər Suriyaya və kəldanilər Fransaya üstünlük verirdilər.

Komissiya Kilikiya və Ermənistan üzərində amerikalıların imtiyaz haqqının tanınmasını qərarlaşdırdı. Lakin pre¬zident Vilsonun və Amerika bankirlərinin razılığına bax¬ma¬yaraq, Amerika Konqresi bu təklifi rədd etdi.

Bu bölgədə müsəlmanlar əhalinin 70 faizini, ermənilər 20 faizini, yunanlar və digər ünsürlər 6-7 faizini təşkil edirdi.

Bu vəziyyətə görə bir plebisit aparılsaydı, türk idarəsini istəyənlərin üstün gələcəyi şübhəsiz idi. Lakin buna heç lü¬zum yox idi. Türk millətinin əlindən zorla alınmış vətənin ay¬rılmaz bir hissəsinin gələcəyi haqqında qərar verməyə heç bir millətin, dövlətin haqqı ola bilməz.

Fransızlar Suriya və Adana bölgələrini işğal etdikdən son¬ra, Adanakı türk qüvvələri tərəfindən çox ağır vəziyyətə sa¬lınmışdılar. Maraşda və Urfada məğlub olan fransızlar bu¬¬ralardan geri çəkilmək məcburiyyətində qal¬mışdılar. Antep¬də çox ciddi müqavimətə rast gəldilər. Toroslar və Adana düzənliyində Qüvvəyi Milliyyənin hücum¬ları fransızları ağır itkilərə uğratmış və Pozantıda əha¬tə¬yə alınmış fransız batalyonu bütünlüklə əsir alınmışdı.

Əsasən Birinci dünya müharibəsinin ən ağır yükünü da¬şı¬mış və müharibədən usanmış fransız xalqı müharibəyə zidd əhvali-ruhiyyəyə düşmüşdü.

Fransızlar ingilisləri öz məqsədlərinə müvafiq vəziyyət almalarına məcbur etmək üçün yenicə yaradılmış Türkiyə Millət Məclisi Hökuməti ilə təmas və görüşün vacibliyini anlamışdılar.

Bu səbəbdən fransızlar 1920-ci ilin may ayının əvvəllərində Türkiyə Milli Hökuməti ilə görüş və danışıqlar üçün yol¬lar axtarmağa başladılar. Əvvəlcə Ankaraya İstanbuldan bir mayor ilə bir mülki məmur gəldi. Bunlara köhnə Van mil¬lət vəkili Heydər bəy də qoşulmuşdu. Bu görüşlərdə əsaslı bir nəticə əldə edilmədi. May ayının sonlarında general Quro adından fransız heyəti Ankaraya gəldi və iyirmi gün¬lük bir danışıqlar aparıldı. Danışıqlar zamanı döyüş hazır¬lıq¬¬ları davam etdirilirdi. Suriyanın sahil hissələri ilə Adana böl¬gəsi və Anadolunun cənubunu işğal etmiş fransızlar hələ Suriyanın işğalını başa çatdırmamışdılar. Şamda Feysəlin ida¬rəsi altında müstəqil bir Suriya krallığı var idi. Hələb, Həma, Homs kimi şəhərlər də bu hökumətin idarəsi altında idilər. Sonradan fransızlar Suriyanı tamamilə işğal etmiş və kral Feysəl Avropaya qaç¬mışdı.

Danışıqlar zamanı fransızların Adana bölgəsində güd¬dük¬ləri məqsədlər:

- İstanbul hökumətinə namizədliklərini qəbul etdirdikləri vali və məmurlar vasitəsi ilə xalq milli hərəkatını dayandırmaq, ermənilərlə birlikdə xalqı əsarət altında saxlamaq, işgəncələrin tətbiqinə icazə vermək, işğal olunmuş yerlərin əhalisindən onların fransız idarəsini istədiklərinə dair razılıq almaq, əsir aldıqları türkləri padşah və ya xəlifəyə düşmən kimi qələmə verib bir çoxlarını edam etdirmək.

Bu əsnada milli qüvvələr də təşkilatlanmanı başa çatdırmaq üzrə idilər.