“Yarım əsrdən çoxdur ki, qorxaqlar hokkey oynamır”

“Yarım əsrdən çoxdur ki, qorxaqlar hokkey oynamır”

Hokkey üzrə SSRİ milli komandası 1971-ci ildə dünya çempionatında iştirak etmək üçün İsveçrəyə uçmuşdu.
Komandanın ilk rəqibi Finlandiya yığması idi. Hokkeyçilər soyunub-geyinmə otağında növbəti periodun başlanmasını, məşqçilər isə bağlı qapı arxasında meydana çıxacaq hokkeyçiləri gözləyirdilər. Həmin vaxt baş məşqçi Arkadi Çernışevin köməkçisi Anatoli Tarasov "Qara qarğa” mahnısını oxumağa başladı. Komanda bir neçə dəqiqədən sonra buzun üzərinə atıldı. Komanda sanki bu mahnıdan ruhlanmışdı. Gərgin və maraqlı oyun başladı. Birinci perioddan sonra hesab bərabər idi. Növbəti periodda rəqib qapısına 7 qol vuraraq, cəmi 1 top buraxdılar.
Həmin vaxt hokkeyin özünəməxsus mahnısı var idi. Lakin Tarasovun oxuduğu "Qara qarğa” mahnısı qısa zaman ərzində əfsanəyə çevrildi. Bu mahnının tarixçəsi hələ 1971-ci ildə SSRİ-də keçirilən dünya çempionatından 3 il əvvələ gedib çıxır. Mahnını Sergey Qrebennikovun köməkliyi ilə sovet musiqisinin tanınmışlarından olan Aleksandra Paxmutova və Nikolay Dobronravov cütlüyü oxumuşdu.
Bu barədə A.Paxmutova öz xatirələrində belə deyirdi: "Sovet hökumətinin yüksəliş dövründə biz "qorxaq” sözü ilə başlayan bir mahnı bəstələdik. Kanadalılara qalib gələn millimizin məşqçilərilə çox gec tanış olduq. Səbəb komandamızın keçirdiyi görüşün xeyli gec göstərilməsi idi. Məlumdur ki, həmin vaxt indiki kimi, canlı yayım və internet yox idi. Mətni yığdığım zaman mənə ilham verən buz üzərindəki döyüş oldu. Həmin anları danışılan söhbətlərdən sonra təsəvvürümə gətirdim. Elə həmin məqamda ağlıma belə bir ifadə gəldi: "Qorxaq hokkey oynamır”. Məhz həmin bu sözdən də mahnı yarandı.”
Həmin il Aleksandra Paxmutova Sovet idmançıları üçün bir neçə xit musiqilər yazdı: Siz indiki nəsil o mahnıları inanmıram ki, eşidə: "Sonuncu ötürmə”, "Top və şayba”, "Maryaçis səninlə oxuyur” və "Meksika ulduzu” (Olimpiada - 1968). Bu mahnılardan sonra sovet musiqisində idman himni hökmranlıq edirdi. Bunlardan, "Özünüzü sərtləşdirin” və "Bütün bacarıqlara, sərtliyə, təlimə ehtiyac duyulur” kimi mahnıları misal göstərmək olar. Bu mahnıları ifa edənləri də yəqin ki, çox az insan tanıyır. (Lebedeva - Kumaça və Solovyeva - Sedoqo) Dunayevin "İdman marşında” Sovet idmançılarının gülüş səsləri də öz əksini tapmışdı. Bütün bu mahnılar 90-cı illərdə tədricən yaddaşlardan silinməyə başladı. Təkcə "Qorxaq hokkey oynamır” mahnısından başqa.


"Mulermanın
əvəzinə
Eduard Hil”
Bu mahnını ilk dəfə Vadim Mulerman ifa etmişdi. Nədənsə mahnını Eduard Hillə əlaqələndirirdilər. Həqiqətən də, Mulermanın ifası uğurlu alınmadığı üçün yazılmış video-yazını sonralar tapmaq mümkün olmadı. O, eyni vaxtda öz repertuarına qadağan olunmuş bir neçə yəhudi mahnısı əlavə etmişdi. Buna görə onun efirə gedən bütün yolları bağlanmışdı. Daha sonralar isə dövlət strukturunda yer alan tanışların köməkliyi ilə Mulermana "bəraət” verildi. Amma onu hokkey mövzusundan həmişəlik uzaqlaşdırdılar. Ona görə də hokkey meydançalarında Mulermanın əvəzinə Eduard Hilin ifası səslənirdi.

Məşhur Sovet hokkeyçisi, üçqat Olimpiya çempionu Vladislav Tretyak da mahnı barədə öz fikirlərini bildirmişdi. Əfsanəvi qapıçı deyirdi: ""Qorxaq hokkey oynamır” mahnısını tezliklə hamı -həm azarkeşlər, həm də hokkeyçilər sevdi. Bu, ona görə xoşumuza gəlmişdi ki, mahnı idmançını döyüşə, mübarizəyə səsləyir, rəqibi döyüşə çağırır və idmana həvəsi oyadırdı. Əlbəttə ki, Nikolay Dobronravovun yazdığı sözlər mahnını titrətmişdi.”


"Hokkeyçilərin
hörməti kosmonavtlardan az deyildi”
1971-ci ildə Hilin repertuarına hokkey idmanı ilə bağlı mahnı da əlavə edilmişdi. Baxmayaraq ki, o hokkeyə heç bir maraq göstərmirdi. Lakin Hil futbolu yüksək dərəcədə sevirdi. Onun aktyorluq istedadı onu bütün vəziyyətlərdən onu asanlıqla çıxarırdı. İzləyicilər onun hokkeyə olan sevgi dolu səmimi gözlərinə inanır və onu "hokkeyin səsi” adlandırırdılar. Daha sonralar isə dənizçilər üçün ifa etdiyi "Ah, dəniz, dəniz” mahnısında özünü tapdı.
Hokkey hər yerdə idi. Televizor göstərir, radioda şərəfinə mahnılar səsləndirilir və haqqında qəzetlərdə səhifə-səhifə yazılar dərc olunurdu. Komandanın qapıçısı Dmitri Tretyak deyirdi: "O vaxtkı hokkeyçilərin hörməti kosmonavtlardan az deyildi. Hər birimizi ayrı-ayrılıqda tanıyırdılar. Hamı Vsevolod Bobrovu, Yevgeni Babiç, Viktor Şuvalovu və heyətin digər üzvlərini sevib, dəstəkləyirdi.”


"Okeanın o tayından gələn
oxşar melodiya”
Heç vaxt hokkey oynamayan sovet vətəndaşları bu mahnının düzgün yazılmadığını deyirdilər. Onlar elə düşünürdülər ki, qorxaqlara aid yazılmış mahnı onların hokkey oynamadıqlarına görə hər birinə aiddir. Hətta partiya məmurları həmin vaxtı Həmkarlar İttifaqına rəsmi etiraz da bildirmişdilər.
Bütün bunlara baxmayaraq mahnının bu qədər sevilməsinə heç nə mane ola bilmədi. Azarkeşlər meydançada "İlin mahnısı”nı böyük həvəslə ifa edib, bundan zövq alırdılar. Demək olar ki, bu mahnını ifa etmək bütün müğənnilərin arzusuna çevrilmişdi. Ən əsası o idi ki, "Qorxaq hokkey oynamır” cümləsi davamlı ifadəyə çevrildi. Bu, bütün xalqın sevgisi idi.
Yeri gəlmişkən bildirək ki, bu mahnının musiqisinin azacıq oxşarı Kanada da yazılmışdı. Musiqinin sözsüz olmasına baxmayaraq, kifayət qədər populyarlıq qazanmasına heç nə mane olmadı. Hətta mahnıya qeyri-rəsmi dövlət himni statusu da vermişdilər.

Sovetin "Qorxaq hokkey oynamır” mahnısı ilə Kanadanın melodiyasında qəribə oxşarlıqlar mövcud idi. Hər iki musiqi 1960-cı ilin sonlarında, eyni vaxtda, eyni yaş həddində olan qadınlar tərəfindən yazılmışdı. Kanadalı Dolores Klaman 1927-ci ildə, rusiyalı Aleksandra Paxmutova 1929-cu ildə doğulmuşdu.
2008-ci ildə Kanadada "Hokkey mövzusu” CBC-ə məxsus idi. Mahnı Kanadanın məşhur "Hockey Night in Canada” verilişinin əsas profilində səsləndirilirdi. Daha sonralar isə rəqib CTV kanalı Vankuverdə keçirilən Olimpiadada mahnının səsləndirilməsi hüququnu əldə etdi. Bu hadisə izləyici narazılığına və qəzəbə səbəb oldu. Deyilənə görə, etiraz və qəzəb bu gün də davam etməkdədir.
Bir məsələ var ki, bu günə qədər "Qorxaq hokkey oynamır” mahnısı yarım əsrdir ki, sözləri olduğu kimi dəyişdirilmədən səsləndirilir.
Hazırladı:
Anar Əhmədov