Tədqiqatçı alimin yeni kitabı çapdan çıxıb

Tədqiqatçı alimin yeni kitabı çapdan çıxıb

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin yeni kitabı işıq üzü görüb. İdman sahəsində tədqiqat aparan professorun monoqrafiyası ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50-ci ildönümündə (1969-2019) bədən tərbiyəsi və idmana göstərdiyi xüsusi diqqət və qayğısına həsr edilib. Müxtəlif illərə aid fotomaterialların da yer alması monoqrafiyanın maraqlı alın-masında mühüm rol oynayıb. İnanırıq ki, müəllifin gərgin yaradıcılıq axtarışlarının məhsulu olan monoqrafiya bədən tərbiysi və idman mütəxəssisləri və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacaq.
Monoqrafiya Azəprbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professor-müəllim heyəti, tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Monoqrafiya Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi şurasının 13 dekabr 2019-cu il tarixli iclasında (protokol № 2) müzakirə edilərək bəyənilmiş və nəşri məqsədəuyğun hesab olunub.